Alternative content

07:01 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib
Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
21:28 17.11.2019

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TMCD) təşkilatçılığı ilə Ankarada Xocalı soyqırımı ilə bağlı mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə diplomatlar, sabiq millət vəkilləri, görkəmli alimlər, Ankaradakı soydaşlarımız, QHT və KİV nümayəndələri iştirak ediblər.

Ankarada Xocalı qurbanlarının xatirəsini əbədiləşdirəcək daha bir parkın və abidə kompleksinin layihəsinin, "Tarix, siyasət və beynəlxalq hüquqda Xocalı soyqırımı” əsərinin, eləcə də türk, rus və ingilis dillərində fəaliyyət göstərən www.hocalisoykirimi.org internet saytının təqdimatına həsr olunan tədbirin təşkilinə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) və Müəllif Hüquqları Baş İdarəsi tərəfindən dəstək verilib.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub. Filmdə Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ümummilli lider Heydər Əliyevin çıxışları, bu bəşəri cinayətin canlı şahidi olan soydaşlarımızın müsahibələri, erməni vandalların Xocalıda törətdikləri vəhşiliklər, habelə Xocalı soyqırımı ilə bağlı izdihamlı yürüşlər və digər tarixi məqamlar yer alıb.

Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba çıxışında tədbirin, eləcə də təqdim olunan işlərin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, bu layihələrin hər biri Xocalı soyqırımının gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması üçün özünəməxsus gücə malikdir. Xocalı soyqırımının bəşəri faciə olmasının dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün Azərbaycan və Türkiyə bundan sonra da birgə layihələri davam etdirməlidir.

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Yıldırım Bəyazid Universitetinin təsisçisi, professor Mətin Doğan, YBU-nin rektoru, professor İbrahim Aydınlı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Haluk İpək və başqaları çıxışlarında təqdim olunun layihələrin Xocalı soyqırımının əsl mahiyyətinin gələcək nəsillərə olduğu kimi çatdırılmasında əhəmiyyətini yüksək dəyərləndiriblər.

Çıxışlardan sonra "Tarix, siyasət və beynəlxalq hüquqda Xocalı soyqırımı” adlı kitab barədə ümumi məlumat verilib. Qeyd olunub ki, bu kitab ötən il Xocalı soyqırımı ilə bağlı Ankarada keçirilən beynəlxalq simpoziumun materialları əsasında hazırlanıb. Türkiyənin Müəllif Hüquqları Baş İdarəsinin dəstəyi ilə çap edilən kitabdakı məqalələr türk, ingilis və rus dillərində oxuculara çatdırılır.

Sonra türk, rus, ingilis dillərində fəaliyyət göstərəcək www.hocalisoykirimi.org internet saytının işləmə prinsipi, ayrı-ayrı bölmələrində yerləşdirilən informasiyalar və s. məqamlar barədə iştirakçılara müfəssəl məlumat verilib.

Sonda Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) arasında imzalanan anlaşmaya əsasən YBU ərazisində salınan Xocalı soyqırımı parkının və abidə kompleksinin memarlıq layihəsinə dair filmsurət nümayiş olunub.

Xocalı soyqırımı parkının və abidə kompleksinin eskizləri barədə məlumat verən layihənin memarı Nurgül Gürsoy diqqətə çatdırıb ki, 1,5 hektar ərazidə Xocalı şəhidlərinin sayına uyğun olaraq 613 ağac əkiləcək. Parkda sonsuzluq işarəsi formasında yaradılacaq abidə Azərbaycan-Türkiyə qardaşlığını, Türkiyənin bütün məsələlərdə olduğu kimi, Xocalı soyqırımı məsələsində də sonadək Azərbaycanla həmrəy olduğunu simvolizə edir. İlk ağacları bu ilin fevralında Xocalı soyqırımının ildönümündə əkilən parkın və abidə kompleksinin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır. Esenboğa Hava Limanının yaxınlığında yaradılan kompleks enmə və qalxma zamanı təyyarələrdən aydın görünəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM