Alternative content

03:16 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
ANA SƏHİFƏ / MSK
00:59 17.11.2019


Qərar № 14/59


Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 22.1-ci maddəsinə görə namizədlərin, qeydə alınmış namizədlərin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər.

Seçki Məcəlləsinin 22.4.1-ci maddəsinə görə seçki komissiyasının həlledici səs hüquqlu üzvü bələdiyyə üzvlüyünə namizəd olduqda onun səlahiyyətlərinə dərhal xitam verilir.

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Əliyarov Məhəmməd Ələkbər oğlunun, 51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü İbrahimov Cəlil Qeysəddin oğlunun, 54 saylı Şabran - Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Muradəlizadə Kamalə Cəbrayıl qızının, 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının üzvü Sadıqov Şirinbala Böyükkişi oğlunun, 68 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının üzvləri Heydərov Elçin Əflatun oğlunun, Mustafayev Mehman Haxverdi oğlunun, Kazımov Adışirin Barat oğlunun, Həsənov Nadir Turab oğlunun, 69 saylı Cəlilabad - Masallı - Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının üzvü Heydərov Cahangir Qubad oğlunun, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının üzvü Rzayev Nəsimi Məmməd oğlunun, 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının üzvü Zülfüqarov Davud Əvəz oğlunun, 89 saylı Göyçay - Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Ələsgərova Elmira Abdulla qızının, 111 saylı Zaqatala - Balakən seçki dairəsi dairə seçki komissiyasının üzvü Piriyev Tərlan Cavanşir oğlunun, 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının üzvü İslamov Fikrət Mütəllim oğlunun yaxın qohumlarının namizədlikləri müvafiq bələdiyyələr üzrə irəli sürüldüyündən onların səlahiyyətlərinə 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilməlidir.

Bundan başqa, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Məmmədov Natiq Abbas oğlunun, 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvü Mahmudov Natiq Firdovsi oğlunun və 54 saylı Şabran - Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Camalov Rahib Şərif oğlunun namizədliyi müvafiq bələdiyyələr üzrə irəli sürüldüyündən onların səlahiyyətlərinə xitam verilməlidir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 22.4.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Əliyarov Məhəmməd Ələkbər oğlunun, 51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü İbrahimov Cəlil Qeysəddin oğlunun, 54 saylı Şabran - Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Muradəlizadə Kamalə Cəbrayıl qızının, 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının üzvü Sadıqov Şirinbala Böyükkişi oğlunun, 68 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının üzvləri Heydərov Elçin Əflatun oğlunun, Mustafayev Mehman Haxverdi oğlunun, Kazımov Adışirin Barat oğlunun, Həsənov Nadir Turab oğlunun, 69 saylı Cəlilabad - Masallı - Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının üzvü Heydərov Cahangir Qubad oğlunun, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının üzvü Rzayev Nəsimi Məmməd oğlunun, 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının üzvü Zülfüqarov Davud Əvəz oğlunun, 89 saylı Göyçay - Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Ələsgərova Elmira Abdulla qızının, 111 saylı Zaqatala - Balakən seçki dairəsi dairə seçki komissiyasının üzvü Piriyev Tərlan Cavanşir oğlunun, 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının üzvü İslamov Fikrət Mütəllim oğlunun yaxın qohumlarının namizədlikləri müvafiq bələdiyyələr üzrə irəli sürüldüyündən onların səlahiyyətlərinə 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilsin.

2. 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Məmmədov Natiq Abbas oğlunun, 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvü Mahmudov Natiq Firdovsi oğlunun və 54 saylı Şabran - Siyəzən seçki dairəsi dairə seçki komissiyasının üzvü Camalov Rahib Şərif oğlunun namizədliyi müvafiq bələdiyyələr üzrə irəli sürüldüyündən onların səlahiyyətlərinə xitam verilsin.

3. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin nəticələri rəsmi elan olunanadək Muradəliyev Ayaz Azad oğlu 54 saylı Şabran - Siyəzən, Quliyev Seymur Teymur oğlu 61 saylı Neftçala, Rəhimov Çingiz Həmid oğlu 89 saylı Göyçay - Ağdaş, Haqverdiyeva Rəna Məmmədəli qızı 111 saylı Zaqatala - Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

4. Petrov Dinis Valeriyeviç 54 saylı Şabran - Siyəzən, Süleymanov Xəlil Əzizağa oğlu 67 saylı Cəlilabad şəhər, Quliyev Bəyzadə Vəliş oğlu və İmanov Sübhan İslam oğlu 68 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

16.11.2019



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM