Alternative content

04:36 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan həqiqətləri Küveytdə
Azərbaycan həqiqətləri Küveytdə
ANA SƏHİFƏ / Elm və texnika
00:50 17.11.2019


Prezident İlham Əliyevin çağırışları, tövsiyə və tapşırıqları ilə Azərbaycanın tarix elmi saxtalaşdırmalardan və təhriflərdən təmizlənir. Bunun nəticəsidir ki, A.A.Bakıxanov adına Tarix İnstitutunda Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımılarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli əsərlər, ilk mənbələr nəşr olunmuşdur.

Ölkə rəhbərinin birbaşa göstərişi ilə yazılmış "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı və bu seriyadan olan digər əsərlər müxtəlif dillərə tərcümə edilərək dünya ölkələrində yayılmaqda davam etdirilir.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərliyi ilə institutun bir qrup əməkdaşının (elmi katib, dosent İradə Əliyeva, Qarabağ tarixi şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli, şərqşünas, dosent Gülnur Mahmud və Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Beynəlxalq Təşkilatın rəhbəri Elçin Nəsirli) bu günlərdə Küveyt Dövlətinə elmi-işgüzar səfəri reallaşdı. Tarix İnstitutunun və Küveytdəki Azərbaycan səfirliyinin birgə hazırladığı proqram çərçivəsində reallaşan səfərin məqsədi Azərbaycanın itirilmiş torpaqlarının tarixini əks etdirən, erməni saxtakarlığını ifşa edən ərəb dilinə tərcümə edilmiş "İrəvan xanlığı” və bu seriyadan olan "Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "İrəvan qalası - qəhrəmanlıq qalası”, "Erməni vandallarının yox etdiyi Xan sarayı”, "Cuxursəd hakimləri və İrəvan xanları” və "Real tarix və Böyük Ermənistan uydurması” kitablarının elmi ictimaiyyətə, oxucu kütləsinə və müxtəlif informasiya vasitələrinə çatdırılması olmuşdu.

Küveytdə 10 min nəfərdən çox erməninin yaşadığını, erməni lobbisinin hər zaman Azərbaycan-Küveyt dostluq əlaqələrinə əngəl olmağa çalışdığını və Azərbaycan tarixi, o cümlədən Qarabağ məsələsi ilə bağlı saxta məlumatlar yaydığını nəzərə alaraq Azərbaycan həqiqətlərinin islam ölkələrinə çatdırılması, çap olunmuş kitabların təqdimatının keçirilməsi xüsusi diqqət mərkəzinə götürülmüşdür. Hələ 2019-cu ilin fevralında akademik Yaqub Mahmudovun rəhbərliyi ilə institutun bir qrup əməkdaşı Misirin paytaxtı Qahirə şəhərində elmi işgüzar səfərdə olmuş və müxtəlif müəssisələrdə kitabların təqdimatını keçirmişdir. Tarix İnstitutu ilə Misirdəki Azərbaycan səfirliyi arasında əldə olunan razılaşmaya görə burada "Azərbaycanşünaslıq mərkəzi” açılmış və hazırda həmin mərkəzdə 200 nəfərə yaxın gənc Azərbaycan dilini öyrənir.


Küveyt "İslam araşdırmaları və Quran elmləri departamenti”nin əməkdaşları öz təəccüblərini gizlədə bilmədi


Tarix İnstitutunun nümayəndə heyəti əvvəlcə Küveyt Dövləti Vəqflər Nazirliyinin nəzdində fəaliyyət göstərən "İslam araşdırmaları və Quran elmləri departamenti”nin direktoru doktor Fəhd Əl-Canfavi ilə görüşdü. Görüşdə akademik Yaqub Mahmudov Küveytin Azərbaycanla dost, qardaş ölkə olduğunu bildirdi. Akademik islamın hələ xəlifə Osmanın dövründən (VII əsrin ortaları) Azərbaycanda yayıldığını və bunu sübut edən tarixi faktların olduğunu, ümumiyyətlə, Azərbaycanın Qafqazda və Mərkəzi Asiyada ilk islam ölkəsi olduğunu qeyd etdi. Və buna görə də Azərbaycanın ağır günlər yaşadığını, bolşevik Rusiyasının burada islam dini ilə bağlı olan nə varsa hər şeyi məhv etməyə çalışdığını xüsusi vurğuladı. Məscidlərimızın bağlanması, görkəmli islam alimlərimızın və din xadimlərimizin məhv edilməsi və ya Sibirə sürgünə göndərilməsi, Qurani-Kərimin tonqallarda yandırılması və bu kimi həyata keçirilən qanlı tədbirlərə baxmayaraq Azərbaycan xalqı islamı qoruyub saxladı. Akademik Yaqub Mahmudov Ulu Öndər Heydər Əliyevin sovetlər dönəmində dağıdılmış "Bibi Heybət” məscidini yenidən qurduğunu, indi Azərbaycanda yüzlərlə məscidin olduğunu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məscidlərin bərpası ilə bağlı məsələlərə xüsusi diqqət yetirdiyini vurğuladı.

Akademik müasir Ermənistan Respublikasının ərazisinin tarixi Azərbaycan torpağı olduğunu, vaxtilə Azərbaycan dövləti olan İrəvan xanlığında 300-dən çox, İrəvan şəhərində isə 8 məscidin olduğunu, lakin 1918-ci ildə Azərbaycan torpaqlarında Cənubi Qafqazda tarixdə ilk dəfə erməni dövləti yaradıldıqdan sonra bu məscidlərin erməni vandalları tərəfindən tamamilə məhv edildiyini qeyd etdi. Hazırda Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ torpaqlarında erməni vandalizminin davam etdiyini, məscidlərimizin və digər tarixi abidələrimizin məhv olunduğunu vurğuladı. Bu zaman "İslam araşdırmaları və Quran elmləri departamenti”nin direktoru doktor Fəhd Əl-Canfavi və qurumun digər əməkdaşları öz təəccüblərini gizlədə bilmədilər. Sonra bütün bunları sübut edən videoçarx göstərildi.

Görüşün sonunda akademik Yaqub Mahmudov Tarix İnstitutunun ərəb dilində nəşr etdirdiyi bütün kitabları və videoçarxı "İslam araşdırmaları və Quran elmləri departamenti”nə təqdim etdi.

Nümayəndə heyətinin növbəti görüşü elə həmin gün buradakı Azərbaycan səfirliyində oldu. Görüşdə Yaqub Mahmudov səfirliyin təşkil etdiyi səfər proqramına görə öz təşəkkürünü bildirdi.

Səfir Elxan Qəhrəmanov isə öz növbəsində bu kimi tədbirlərin keçirilməsinin hər bir Azərbaycan vətəndaşı üçün şərəf işi olduğunu, tarixi həqiqətlərin islam dünyasına çatdırılmasının zəruriliyini vurğuladı.


Küveyt televiziyasının "Sabah Al-Xeyir Küveyt” və "Scope TV” adlı canlı proqramlarında Azərbaycan həqiqətləri bəyan edildi


Hər iki canlı proqramda akademik Y.Mahmudov Azərbaycan tarixi ilə bağlı bir çox məqamlara toxundu, 1918-ci ildə ermənilərə Azərbaycanın qədim şəhəri İrəvanla birlikdə 9 min kvadratkilometr ərazi verildiyini qeyd etdi. İndi həmin torpaqlarda bir nəfər də olsun azərbaycanlının yaşamadığını qeyd etdi. Akademikin çıxışı zamanı arxa fonda "İrəvan xanlığı” kitabının nümayiş etdirilməsi də Azərbaycan həqiqətlərinin Küveyt ictimaiyyətinə çatdırılması üçün çox təqdirəlayiq bir hadisə idi.

Səfərin ikinci günü nümayəndə heyətinin Küveyt Milli Kitabxanasının direktoru Şeyxa Raşa Naif Əl-Cabir Əl-Sabahla və bir qrup əməkdaşı ilə görüşü oldu. Burada kitabların təqdimatı keçirildi.

Küveyt Milli Kitabxanasının rəisi yaxınlarda Tarix İnstitutunun hədiyyə etdiyi bütün nəşrlərin kitabxananın elektron kataloquna daxil ediləcəyini, həmçinin institutun nəşrlərinin əsas girişdəki sərgidə də nümayiş etdiriləcəyini bildirdi. Bundan başqa, görüşdə Tarix İnstitutu ilə Küveyt Milli Kitabxanası arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq da əldə olundu. Nümayəndə heyəti qarşı tərəfin Azərbaycan tarixi ilə bağlı bütün suallarını ətraflı cavablandırdı.

Səfər ərəfəsində Azərbaycan həqiqətlərini bəyan edən kitablar Küveytdə BMT Baş katibinin humanitar məsələlər üzrə nümayəndəsinə də təqdim edildi. Nümayəndə heyətimiz Küveyt Dövləti Əmirinin Humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri, BMT Baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi doktor Abdullah Əl-Mətuq ilə də görüşdü.

"Dəyirmi masa” ətrafında keçirilən bu görüşdə əsas diqqət Azərbaycanın itirilmiş torpaqlarının tarixini əks etdirən, erməni saxtakarlığını ifşa edən ərəb dilinə tərcümə olunmuş "İrəvan xanlığı” və digər kitabların təqdimatına yönəldi.

Müzakirə zamanı doktor Abdullah Əl-Mətuq Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində bəyan və müdafiə edəcəyini bildirdi. O, dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, onun müasir dünyanın böyük dövlət xadimlərindən biri olduğunu, Azərbaycanda gedən sürətli inkişafdan məmnun qaldığını bildirdi və həmçinin Şeyxülislam Allahşükür Paşazadə ilə dostluq əlaqələrindən danışdı.

Görüşün sonunda akademik Yaqub Mahmudov Azərbaycan nümayəndə heyətini səmimi qəbul etdikləri, Azərbaycan həqiqətləri ilə dərindən maraqlandıqları üçün qarşı tərəfə təşəkkür etdi.


Azərbaycan həqiqətləri Küveyt Dövlət Universitetində də səsləndirildi


Öncə universitetin Sosial elmlər fakültəsinin dekanı doktor Hamud Əl-Qaşaanla görüş oldu.

Doktor Əl-Qaşaan tez-tez Bakıya səfər etdiyini və Azərbaycanı çox sevdiyini dedi. "İrəvan xanlığı” kitabının ingilis dilindəki variantını oxuduğunu bildirdi. Keçən il fakültədə "Azərbaycan haqqında nə bilirəm” mövzusunda müsabiqə keçirdiyini, indi isə "İşğal edilmiş Azərbaycan torpaqları” haqqında inşa müsabiqəsi elan etdiyini və bu müsabiqənin nəticəsinə görə fərqlənən tələbənin Azərbaycana yaradıcı səfərə göndəriləcəyini bildirdi.

Doktor Əl-Qaşaan "İrəvan xanlığı” kitabının artıq müvafiq şöbəyə verildiyini və tədris prosesində ondan istifadə olunacağını söylədi. O, müasir gənclərin kitabları daha çox digital şəkildə oxuduğunu nəzərə alaraq bu nəşrlərin elektron şəkildə tələbələrə çatdırılacağını qeyd etdi. Bundan əlavə, doktor Əl-Qaşaan Azərbaycana səfər etdikdən sonra Azərbaycan xalqının özünü müdafiə etdiyini, Ermənistanın isə təcavüzkar ölkə olduğunu xüsusi vurğuladı.

Akademik Yaqub Mahmudov "İrəvan xanlığı” kitabının bir sıra dünya dillərinə tərcümə edildiyini, ermənilərin əvvəllər Balkan yarımadasında yaşadığını, Asiya qitəsinə isə gəlmə olduğunu, Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarına köçürüldüyünü və İrəvan xanlığının ərazisində yerləşdirildiyini qeyd etdi.

Sonra fakültənin mühazirə salonunda kitablarımızın təqdimat mərasimi keçirildi. Fakültənin professor, müəllim və tələbə heyətinin qarşısında çıxış edən akademik Y.Mahmudov ilk növbədə gənclərə müraciət edərək Azərbaycanla Küveytin qardaş ölkə olduğunu vurğuladı və dedi: "Azərbaycanın çox qədim, 5 min illik tarixi var. Biz böyük imperiyalar yaratmışıq. Orta əsrlərdə Azərbaycan imperiyalarının sərhədləri İran (Ərəb) körfəzinə qədər uzanıb.

Azərbaycan Cənubi Qafqazda ən böyük islam dövlətidir. Son tədqiqatlar sübut edir ki, 728-ci ildə Azərbaycanda ilk məscid tikilib. Alimlərimiz Bağdadda, Hələbdə, Dəməşqdə dərs deyiblər, elmlə məşğul olublar. Amma orta əsrlər başa çatdıqdan sonra tarixdə dəyişikliklər oldu. XIX əsrin əvvəllərində keçmiş Rusiya imperiyası Qafqazı işğal etməyə başladı. Bununla da islamın ən faciəli qanlı tarixi başladı. Bizim bu gün təqdimatını keçirdiyimiz bu kitablar həmin tarixdən bəhs edir”.

Görüşün sonunda müəllim və tələbə heyətini maraqlandıran çoxsaylı suallara Azərbaycan nümayəndə heyəti tərəfindən ətraflı cavablar verildi. Tarix İnstitutunun ərəb dilində nəşr etdirdiyi bütün kitablar və videoçarx Küveyt Dövlət Universitetinin Sosial elmlər fakültəsinə təqdim edildi.

Güntəkin NƏCƏFLİ,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Qarabağ tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət mükafatı laureatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM