Alternative content

03:37 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək
ANA SƏHİFƏ / Mədəniyyət
00:47 17.11.2019


Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Lahıc qoruğu ərazisindəki Bədöyün məscidində arxeoloji tədqiqatlara başlayıb.

AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanan memoranduma əsasən təmir işlərinə başlamazdan əvvəl abidədə arxeoloji tədqiqat işləri aparılır. Arxeoloji tədqiqatlara AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Lahıc arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev rəhbərlik edir. İlkin araşdırmalar zamanı məscidin döşəməsinin alt hissəsindən müxtəlif dövrlərə aid tikili qalıqları aşkarlanıb. Hazırkı məscid binasından əvvəl bu yerdə daha üç binanın olduğu müəyyən edilib. Aparılan araşdırmalar abidənin tarixi, ilkin memarlığı kimi məsələlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, abidə 1791-ci ildə inşa olunub. Abidənin üzərində səkkiz kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə hədislərdən sonra Hicri 1295-ci il (1878-ci il) və Hicri 1323-cü il (1905-ci il) tarixləri qeyd edilib.

Arxeoloji tədqiqatlardan sonra məscid öz orijinal formasına uyğun təmir-bərpa və konservasiya ediləcək. İşlər başa çatdıqdan sonra isə qədim məscid yenidən istifadəyə veriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM