Alternative content

03:17 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncliyin səhnədə sənət coşqusu...
Gəncliyin səhnədə sənət coşqusu...
ANA SƏHİFƏ / Mədəniyyət
00:38 17.11.2019


Azərbaycan professional musiqi sənətinə yeni töhfə hesab olunan "Məhsəti” operası iki ölməz sənətkarın - Məhsəti Gəncəvi və Üzeyir bəy Hacıbəyli yaradıcılığının məhsuludur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yenidən tamaşaya qoyulan "Məhsəti” operası hər iki sənət korifeyinə gənc nəslin sevgisinin ifadəsidir.

Dahi Üzeyir bəy Hacıbəylinin bu əsərinə can verən, onu sevdirən, səhnədən enməsinə imkan verməyən korifeylərimizin gənc davamçılarından sayılan bəstəkar Pikə Axundova, libretto müəllifi Leyla Qədirzadə, baş rolların ifaçıları - Əməkdar artistlər İnarə Babayeva, Ramil Qasımov, həmçinin yaradıcı heyətin digər üzvləri "Məhsəti”ni tamaşaçılara yenidən sənət coşqusu ilə təqdim etdilər. Maraqlı məqamlardan biri operanın mövzusunun ömrünü sənət yolunda şam kimi əridən Məhsəti Gəncəvinin taleyindən bəhs etməsidir.

Bu dəfə gənc bəstəkar Pikə Axundova böyük məsuliyyətlə, öz yaradıcılıq imkanlarına güvənərək, tamaşaya imza atmış oldu.

Azərbaycan poeziyasında Məhsəti imzası XII əsrdən tanınır və sevilirsə, onun milli musiqi aləmində özünəlayiq yer tutması isə bəstəkarlarımızın ölməz şairin şeiriyyət dünyasını bir daha tamaşaçılara sevdirmək məramı ilə üst-üstə düşür. Bəstəkar bir daha musiqi ilə poeziyanın vəhdətini yaratmaqla onun heç vaxt zamanların arxivinə atılmayacağını təsdiqləmiş oldu.

Mütəxəssislərin fikrincə, Azərbaycan poeziyasının musiqidə təcəssüm etdirilməsi hər iki sənətə uzunömürlülük vəsiqəsinin verilməsi anlamına gəlir. Bəstəkar Ramiz Mustafayevin "Vaqif”i ilə V.Adıgözəlovun "Natəvan”ından sonra "Məhsəti”nin də adının həmin silsiləyə daxil olması Azərbaycan poeziyasının musiqidə təcəssümü deməkdir.

"Bu dünya bir qızıl kuzəyə bənzər, suyu gah şirindir, gah da ki, zəhər”, - deyib Məhsəti xanım. Bəli, dünyanın "qızıl kuzələr”indən doldurduğu acını da şirin pay kimi qəbul edərək cəsarətli bir qadın ömrü yaşayan, gözəlliyi və amalı, əqidəsi, rübaisi və məsnəvisi ilə diqqət çəkən Məhsəti Gəncəvinin obrazının gənclik tərəfindən yenidən operaya gətirilməsi zamanın diktəsi kimi də qəbul olunur.

Bəstəkar Pikə Axundova, libretto müəllifi Leyla Qədirzadə, quruluşçu rejissor və Məhsəti obrazını yaradan İnarə Babayeva, quruluşçu baletmeyster, Xalq artisti Təranə Muradova, xormeyster Şəhla Ələkbərova, geyim üzrə rəssam, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Xanəndə qız rolunun ifaçısı, Əməkdar artist Fərqanə Qasımova və digər iştirakçılar sanki Məhsəti ilə müasir dövr xanımları arasında bir mənəvi körpü yaratmağı qarşılarına məqsəd qoyublar. Sevindirici haldır ki, öz təkrarsız ifaları, yaddaqalan obrazları ilə onlar buna nail olublar.

Operada Məhsəti obrazını yaradan İnarə Babayeva və şairənin ömür-gün yoldaşı Əmir Əhməd rolunun ifaçısı Ramil Qasımov növbəti dəfə peşəkar opera müğənnisi olmaları ilə tamaşaya böyük impulslar gətiriblər. Operada iştirak edən - digər personajları canlandıranlar (Taleh Yəhyayev - Sultan Səncər, Fəhmin Əhmədli - Vəzir, İlqar Məclumov - Nizami Gəncəvi, Fəxri Kazım Nicat - Qasid) da öz rollarının öhdəsindən məharətlə gəliblər.

Operanın da musiqi və səhnə tərtibatı tamaşanın daha inandırıcı və təsiredici olmasında əsas vasitələrdən birinə çevrilib. Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun idarəsi ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri operanın musiqi tələbatını tam təmin edir. Xanəndə qız obrazından ayrıca söz açmaq daha doğru olardı. Bu obrazın Əməkdar artist Fərqanə Qasımovaya həvalə edilməsi tamaşanın uğurlu alınmasında mühüm amil hesab olunur.

Operanın musiqi xarakteristikasından söz açmışkən qeyd edilməlidir ki, burada muğamdan istifadə ənənəyə sadiqliyin təsdiqidir. Üzeyir bəy Hacıbəylinin muğam ənənəsinin qorunub saxlanması həm də Məhsəti şeirinin musiqinin bu janrı ilə vəhdəti deməkdir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM