17 Noyabr 2019 00:34
1025
Elm və texnika
A- A+

Elm adamları Yerdəki canlıları Aya göndərib


Aprel ayında Ayda qəzaya uğrayan "Beresheet” kosmik aparatının göyərtəsində "su ayısı” kimi də adlandırılan minlərlə tardigradlar olub. Tardigradları kosmosa göndərən ABŞ-ın "The Arch Mission Foundation” təşkilatı onların sağ qalacaqlarına ümid edib. 8 ayaqlı, beyni və mərkəzi sinir sistemi olan bu xırda məxluqlar hədsiz dözümlüdürlər, olduqca aşağı temperaturda və çətin şərtlərdə sağ qala bilirlər.

"Nuhun gəmisi” və ya Yeri "sığortalamaq” cəhdi göstərmək üçün qeyri-kommersiya təşkilatı "The Arch Mission” kosmosa ay kitabxanası da göndərib - bu kitabxanada Yer planeti haqqında 30 milyon səhifədən ibarət məlumat daşıyan DVD toplusu var. Kitabxana ilə yanaşı, Aya tardigradların nümunələri də göndərilib.

"Biz onları ona görə seçmişik ki, xüsusidirlər. Onlar bizim bildiyimiz ən kiçik həyat formalarıdır. Onlar istənilən planetar kataklizmdə, kosmos vakuumunda, radiasiyada sağ qala bilərlər” deyə missiyanın nüməyəndəsi Nova Spivak bunu mətbuata açıqlamasında söyləyib. Tədqiqatçılar ümid edirlər ki, tardigradlarla yanaşı, ay kitabxanasındakı informasiyanın da çoxu qəzadan sonra sağ qala bilib və milyon illər sonra insan həyatı yarada biləcəklər.

"Bizim göndərdiyimiz DNK və hüceyrələrin köməyilə insan irqini, digər bitkiləri və heyvanları yenidən generasiya etmək mümkündür” deyə Spivak əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video