17 Noyabr 2019 00:34
5303
Elm və texnika
A- A+

Makedoniyalı İsgəndərin ölüm səbəbi müəyyənləşdi


Aristotel Universitetinin alimləri doktor Tomas Qerasimidisin rəhbərliyi altında çoxillik araşdırma nəticəsində Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən edib. Onların fikrincə, məşhur sərkərdəni şərab və yağlı yeməyə olan sevgisi öldürüb.

Yeni araşdırma zamanı məlum olub ki, xəstəliyin ilkin yaranma vaxtı ilə sərkərdənin ölümünü cəmi 14 gün ayırır. Birinci gün Makedoniyalının qarın nahiyəsində güclü ağrılar başlayıb və hərarəti qalxıb. Şəfaçılar onu qusdurub və soyuq vannaya salıb. İkinci gün o, gücsüzlük və titrəmədən şikayətlənməyə başlayıb. Bundan əlavə, onu qarın nahiyəsindəki ağrılar incitməyə davam edib. Buna baxmayaraq, o, məclisə yollanıb bir neçə ağır yemək yeyib və çoxlu şərab içib. Səhərisi gün özünü daha pis hiss edib, hərarətə hədsiz çox tərləmə və nəfəsalma problemi əlavə olunub. Sonrakı günlərdə İsgəndərin vəziyyəti sürətlə pisləşməyə başlayıb. Onda hallüsinasiyalar yaranıb, sərkərdə fikrini izah etməkdə çətinlik çəkib. Bütün bu simptomları bişləşdirib analiz edən alimlər belə qənaətə gəliblər ki, Makedoniyalı İsgəndər kəskin pankreonekrozdan (mədəaltı vəzi xəstəliyi) dünyasını dəyişib.

Xatırladaq ki, Makedoniyalı İsgəndər e.ə. 323-cü ildə 32 yaşında vəfat edib. Onu o dövrün həkimlərinin təyin edə bilmədiyi xəstəlik heyrətləndirib. Sərkərdənin malyariya, tif, pnevmoniya və hətta xərçəngdən dünyasını dəyişdiyi deyilirdi. Araşdırmanın müəllifləri izah ediblər ki, malyariya qısa vaxt ərzində ölümə səbəb ola bilməz, tifin digər simptomları var, pnevmoniya üçün isə qarın ağrıları xarakterik deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video