Alternative content

12:16 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaddaş sınağı
Yaddaş sınağı
ANA SƏHİFƏ / Səhiyyə
00:31 17.11.2019


Son zamanlar əksər insanlar yaddaşının zəifləməsindən, hafizəsinin itdiyindən gileylənirlər. Əvvəllər yaddaş problemi yaşlı nəslin nümayəndələri üçün xarakterik idisə, indi bu hal gənclər arasında da geniş vüsət alıb. Bu bir faktdır ki, cəmiyyətdə yaddaşından şikayət edənlərin sayı durmadan artır.

Həkim-psixiatr Nərminə Məmmədova bildirir ki, yaşlılarda yaddaşın pozulması çox zaman bir sıra xəstəliklərin (beyin damarlarının aterosklerozu, qocalıqla bağlı zəifliyi, Alsheymer xəstəliyi və s.) nəticəsi olur. Cavan şəxslərdə isə yaddaş pozğunluğu yorğunluğun, qeyri-düzgün həyat tərzinin, həddən artıq informasiya yüklənməsinin nəticəsidir. Gərgin iş qrafiki, informasiya çoxluğu, düzgün balanslaşdırılmamış qidalanma beynin fəaliyyətinə öz təsirini göstərir və yaddaşsızlığa da səbəb olur. Öncəliklə rejimə riayət etmək, vaxtlı-vaxtında yatıb durmaq, zehni işlə fiziki işi növbələşdirmək, istirahət etmək lazımdır. Qidalanarkən tərkibində aminturşular (zülallar), fosfor, kalsium, A, E, B qrup vitaminlər olan qidalara çox yer verilməlidir. İdman etmək, xüsusilə də onurğa sütununun idmanları beyin qan dövranını gücləndirir və yaddaşı yaxşılaşdırır.


Hər şeyi yadda saxlamaq mümkün deyil


Yaddaşın iki növü var: qısamüddətli və uzunmüddətli.

Yaddaşa bir sıra amillər təsir edir. Kimsə gördüyünü, kimsə eşitdiyini daha yaxşı yadında saxlayır. Ən çox hər hansı marağa səbəb olan hadisə yadda qalır. Çox vaxt yaddaşsızlığı huşsuzluqla səhv salırlar. Lakin fikri dağınıq olan insanlar əslində öz xəyallarına qapılırlar, onların diqqəti nədəsə cəmlənir və bu adamlar üçün məişət xarakteri daşıyan hər hansı məlumat heç bir əhəmiyyət kəsb etmir. Çox vaxt insanda olan xəstəlik, həddindən artıq yorğunluq nəticəsində əmələ gələn diqqətsizlik yaddaş pozuntuları ilə dəyişik salınır. Yaddaşın pozulmasına dair şikayətlər insanların 40 yaşından sonra çoxalır. Əslində, bu, hər zaman olmur. Sadəcə olaraq, fəal tədris bitdikdən sonra nəyi isə öyrənməyin, fikri cəmləşdirməyin, yaddaşı möhkəmləndirməyin mənası itir. Bütün ömürləri boyu yeni rollar öyrənmək məcburiyyətində olan aktyorlar hətta qocalanda belə həcmli mətnlərin öhdəsindən məharətlə gəlirlər.

Hər şeyi yadda saxlamaq mümkün deyil. İnsan beyni lazımsız təəssüratlar və məlumatlar yükündən azad olmalıdır. Yaddaş özü yükü tənzimləyir, yeni məlumatın qəbuluna hazırlaşır. Lakin belə olan halda köhnə məlumat tamamilə itmır. O, fəal yaddaşdan passiv yaddaşa keçir. Oradan isə lazım olanda onu çıxarmaq olur. Yadda saxlama qaydaları kifayət qədər sadədir.

İlk növbədə, bunun üçün görmə, eşitmə, iybilmə qabiliyyətindən istifadə edərək fikri bir yerə cəmləşdirmək və təəssürat yaratmaq lazımdır. Bunlardan görmə təəssüratı ən davamlısıdır. Bu, gözdən beyinə gedən sinirlərin qulaqdan beyinə gedən sinirlərdən iyirmi dəfə qalın olması ilə əlaqədardır.

Yaddaşın ikinci qaydası - təkrar, üçüncü isə assosiasiyalardır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM