Alternative content

20:08 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bunları edərək beyninizi yavaş-yavaş öldürürsüz
Bunları edərək beyninizi yavaş-yavaş öldürürsüz
ANA SƏHİFƏ / Səhiyyə
00:29 17.11.2019


"Əgər siz normal səhər yeməyi yemirsinizsə, ayaqüstü nə isə atışdırırsınızsa, eyni anda da telefonla danışırsınızsa, içki içib, siqaret çəkirsinizsə və bütün günü stres keçirirsinizsə, bilin ki, yavaş-yavaş beyninizi öldürürsünüz”.

Bu sözləri məşhur neyrocərrah, professor Vlad Siuyera açıqlamasında bildirib: "Hər gün səhərlər oyanan kimi mütləq elementar səhər idmanı edin. Sonra 2 stəkan su için. Birinci stəkan sizin mədə-bağırsaq sisteminizi hərəkətə gətirəcək, ikinci stəkan isə yuxudan tam ayıldacaq. Bundan başqa, beynin qidalanması üçün birinci təmiz hava, yağlı olmayan qida və şirni lazımdır. Şirnidən tam imtina etməyin, balı mütləq qida rasionuna daxil edin. Bundan əlavə, qara şokaladdan da istifadə edin”.

Professor telefondan çox istifadə edənlərə də məsləhətlər verir: "İnsanlar müasir dövrdə virtual aləmdə bir-birləri ilə ünsiyyətdə olurlar, bu da beyinə pis təsir göstərir. Biz yaradılışdan canlı ünsiyyətə girməyə öyrəşmişik. Beyninizi virtuallıqda öldürməyin. Yadda saxlayın, insan beyni gecə də yatmır. O, orqanlarımızın fasiləsiz normal fəaliyyətini tənzimləyir. Fikir verin, əgər siz gecə bir problemi həll etməkdə çətinlik çəkib o haqda fikirlə yuxuya getmisinizsə, səhər mütləq yeni bir ideya ilə ayılacaqsınız. Beyin fikir, yaddaş və hərəkət arasında əlaqə quraraq sizə problemlərin həllində ideya verir. Ona görə yuxusuz gecələrlə nə özünüzə, nə də beyninizə əzab verməyin”.

Həkim xəbərdarlıq edir ki, tütün ürəyə olduğu kimi, beynə ölümcül zəhərlənmə verir: "Beynin inkişafı üçün mütləq yağsız ət yeyin. Ən yaxşı seçiminiz balıq quş əti olsun. Beyin duzu qəti sevmir. Ondan uzaq dursanız, bu, sizə sağlamlıq bəxş edər. Beynin gün ərzində 2 dəfə aktiv vaxtı olur. Bu, saat 10:00-12:00 16:00-18:00 zaman kəsimində olan müddətlərdir. Əgər bu vaxtlardan kənar beyninizin yorulduğunu hiss etsəniz, qəhvə ilə onu oyada bilərsiniz. Ancaq onu da mütləq aramla için. Yadda saxlayın ki, beynin ən gözəl məşqi gülüşdür, bunu simanızdan əskik etməyin. Təmiz havada tez-tez olun, səyahət edin, kitab oxuyun. Sizə nəsə öyrədəcək filmlərə baxın, krossvordlar həll edin. Ən əsası canlı ünsiyyət qurun. Axşam saat 22:00-dan gec olmadan yatın, yuxu 6 saatdan az olmamalıdır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM