1. Beyin ağırlıq cəhətdən bədənin yalnız 2 faizini meydana gətirdiyi halda, bədənə gələn oksigenin 25 faizini istehlak edir. Oksigensiz qaldığı zaman ölümü həyata keçən ilk orqan beyindir. Buna görə də bol və təmiz oksigen beyin üçün çox önəmlidir.
2. Açıq havada və ayaqüstə olanda insan beyni 10 faiz artıq işləyir. Buna görə də zamanınızın çoxunu təbiətdə olmağa çalışın.
3. Beyin qısamüddətli hafizədə 5-7 arasında məlumat üzərində işləyə bilər. Yeni məlumat gələndə onlardan birini silir. Buna "sehrli say” qaydası deyilir. Bu qayda pozulub, məlumat yüklənməsi baş verəndə beyin "xidmət xarici” olur. Buna görə də həyatınızın ən böyük qərarlarını aldığınız zaman əvvəlcədən kağız üzərinə yazaraq nə edəcəyinizi hesablayın.
4. Gündəlik təkrarladığınız davranışlardan imtina edin. Bəzən telefonu sol əlinizdə tutun, çantanızı digər əlinizlə daşıyın, evinizə başqa bir yoldan gedin.
5. İntellektual zövqlərinizi inkişaf etdirmək üçün hər gün mütləq yaxşı bir aforizm oxuyun. Beyninizi keyfiyyətli cümlələrlə qidalandırın.
6. Beyni yoran monotonluqdur. Həyatınızı nə qədər rəngarəng etsəniz, beyniniz də o qədər yaxşı işləyər.