Alternative content

12:52 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
ANA SƏHİFƏ / İDMAN
17:22 16.11.2019

Noyabrın 16-da Bakı İdman Sarayında bədii gimnastika üzrə ikinci "Victory and Aquatic Palace Cup” beynəlxalq turnirinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı komandaların paradı keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra rəsmi açılış mərasiminə start verilib.

Bakı Su İdmanı Sarayının marketinq və ictimai əlaqələr şöbəsinin rəhbəri Elnarə Əliyeva çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, turnir artıq ikinci ildir təşkil olunur. Yarış Bakı Su İdmanı Sarayının və Rusiyanın "Viktoria” şirkətinin təşkilatçılığı ilə keçirilir. Azərbaycanın Gənclər və İdman Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasına yarışa dəstək olduqları üçün minnətdarlığını bildirən E.Əliyeva bildirib ki, yarışın keçirilməsində məqsəd ölkəmizdə idmanın inkişafına töhfə verməkdir. İki gün davam edəcək yarışda Azərbaycan ilə yanaşı, Rusiya və Gürcüstandan olan gimnastlar da birincilik uğrunda mübarizə aparacaqlar.

Yarışın yüksək səviyyədə təşkil olunduğunu deyən "Viktoria” şirkətinin rəhbəri Alina Labutina turnirdə güclü idmançıların iştirak etdiklərini diqqətə çatdırıb: "Azərbaycanda olmaqdan çox məmnunam. Bakı çox gözəl şəhərdir və paytaxtınız möhtəşəmliyi ilə məni heyran edir. Azərbaycanda həmişə idman tədbirləri yüksək səviyyədə keçirilir. "Victory and Aquatic Palace Cup” da onların sırasındadır. Buna görə təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, turnirdə 4–13 yaş qrupuna aid 250 gimnast birincilik uğrunda mübarizə aparır. İki gün davam edəcək turnirdə gimnastlar hər yaş qrupu üzrə mükafatlandırılacaqlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM