Alternative content

09:13 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tur-aksiya iştirakçıları muzeylər və parklar şəhəri Xaçmazda olublar
Tur-aksiya iştirakçıları muzeylər və parklar şəhəri Xaçmazda olublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:10 16.11.2019

"Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində beş şəhər və doqquz rayonu təmsil edən şagirdlərin şimal bölgəsi ilə tanışlığının sonuncu ünvanı muzeylər və parklar şəhəri Xaçmaz olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 16-da Gəncə, Sumqayıt, Mingəçevir, Yevlax, Şirvan, Naftalan, Şuşa, Kəlbəcər, Xocalı, Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında qarşılanıblar.

Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Xaçmaz rayonu geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Buranı parklar və muzeylər şəhəri adlandırırlar. Bununla yanaşı, Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir.

Qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzində də olublar.

Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.

Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.

Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.

Meydan və Çənlibel parkında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq yola salınıblar.

X X X

"Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan Xaçmaz, Siyəzən, həmçinin paytaxtın Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov və Nəsimi rayonlarının şagirdləri də bölgənin tarixi, mədəni və turizm məkanları, istehsalat müəssisələri, aparılan genişmiqyaslı quruculuq işləri ilə tanışlıqdan sonra yaşadıqları rayonlara yola düşüblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM