Alternative content

22:27 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndi “Şahdəniz” qazının yolu Avropayadır
İndi “Şahdəniz” qazının yolu Avropayadır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:37 16.11.2019


Yataqdan hasilat getdikcə artır


"Cənub qaz dəhlizi” Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşən nəhəng layihədir. Bunu təsdiq edən həm də layihənin Məşvərət Şurasının indiyədək keçirilən beş toplantısının hamısına Bakının evsahibliyi etməsidir. Bu, eyni zamanda, Azərbaycanın həyata keçirdiyi layihələrin uğuruna inamın aydın təzahürü, Prezident İlham Əliyevin dünyadakı nüfuzunun, qazandığı hörmət və ehtiramın parlaq ifadəsidir.

İstər Məşvərət Şurasının toplantılarında, istərsə də digər iclas və müşavirələrdə Prezident İlham Əliyev "Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyinin "Şahdəniz” yatağı olduğunu vurğulayıb və bu zəngin yatağın perspektivlərindən söhbət açıb: "Şahdəniz” üzrə kontrakt "Əsrin kontrakt”ından iki il sonra - 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir. Ancaq o vaxt belə deyildi. Ona görə "Şahdəniz” üzrə kontraktın imzalanması da tarixi hadisədir. Bu gün "Şahdəniz” "Cənub qaz dəhlizi”nin əsas resurs bazasıdır. "Şahdəniz” qaz- kondensat yatağı dünyanın ən böyük yataqlarından biridir. "Azəri-Çıraq Günəşli” və "Şahdəniz” yataqları eyni əhəmiyyətə malikdir”.

Məhz "Şahdəniz”in sayəsində Azərbaycan dünyada həm də qaz ölkəsi, mavi yanacaq ixracatçısı kimi tanınıb.

"Şahdəniz” qazı SOCAR, GOGC və BOTAŞ şirkətləri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çoxsaylı obyektlərinin fəaliyyəti üçün qaz da "Şahdəniz”dən nəql olunur.

"Şahdəniz” layihəsinin operatoru olan BP şirkətindən aldığımız məlumatda bildirilir ki, cari ilin əvvəlindən yataqdan hasilat sabit şəkildə davam edir. "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarından ilin ilk 9 ayında 12,2 milyard standart kubmetr qaz və təqribən 2,6 milyon ton (21 milyon barel) kondensat alınıb.

"Şahdəniz Alfa” artıq 13 ildir fəaliyyət göstərir. "Şahdəniz Bravo” isə yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində keçən ilin ortalarından istismar olunur. Platformadan ilk qazın əldə olunduğu vaxtdan bəri hasilat tədricən artmaqda davam edir.

Hazırda "Şahdəniz”in hasilat qurğularının ümumi gücü gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.

"Şahdəniz”də yeni quyular da qazılır. "İstiqlal” qazma qurğusu yatağın şərq cinahının cənub hissəsində bir, qərb cinahının cənub hissəsində isə iki sualtı quyuda işləri tamamlayıb. Şərq cinahın şimal hissəsində də bir sualtı quyuda işlər başa çatdırılıb və burada ikinci quyunun tamamlanma əməliyyatları həyata keçirilir.

"Maersk Explorer” qurğusu da yatağın ərazisindədir. Qurğu "Şahdəniz”in şimal cinahında bir quyunu tam dərinliyinədək, digərini lüləsinin üst intervalınadək qazıb. Qərb cinahda daha iki quyunun üst intervalının qazılması həyata keçirilib. Hazırda həmin cinahda bir quyunun alt hissəsində qazma işləri davam edir.

Sözügedən iki qurğu vasitəsilə "Şahdəniz-2” üçün 16 quyu qazılıb. Qazma işləri hasilat planlaşdırılan sabit səviyyəyə çatanadək davam edəcək.

"Şahdəniz” qazını Azərbaycan və Gürcüstan ərazisində 691 kilometrlik məsafə boyu (Azərbaycanda 443, Gürcüstanda 248 kilometr) daşımaqla Türkiyə sərhədinədək Cənubi Qafqaz Boru Kəməri (CQBK) çatdırır. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik əlavə xətt də birləşir və Azərbaycan qazını Ərzurumadək aparır. Bütövlükdə bu xətt Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.

"Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan qazı ixrac etmək üçün CQBK-nın genişləndirilməsi həyata keçirilib. Genişləndirilmiş CQBK ilə keçən ilin iyun ayından Türkiyəyə qaz təhvil verilməsinə başlanıb.

Bu ilin ilk üç rübü ərzində CQBK-nın orta gündəlik ötürücülük gücü 28 milyon kubmetrdən çox olub.

Xatırladaq ki, "Şahdəniz-2” və CQBK-nın genişləndirilməsi "Cənub qaz dəhlizi”nin iki mühüm seqmentini təşkil edir. Bu iki layihənin başa çatması keçən ilin mayında "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsinə imkan yaratdı. Açılış mərasimi Səngəçal terminalında keçirildi.

Bu hadisədən təxminən yarım ay sonra Azərbaycan qazını Türkiyənin ərazisi ilə daşıyan 1900 kilometrlik Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) işə düşməsi qeyd edildi. İndi dəhlizin son hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) istifadəyə verilmək ərəfəsindədir. Gələn il TAP kəməri TANAP-dan qəbul etdiyi "Şahdəniz” qazını Avropaya çatdıracaq.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM