16 Noyabr 2019 02:36
503
İQTİSADİYYAT
A- A+

Xarici ticarət əlaqəsində 4 milyard dollarlıqdan çox müsbət saldo


2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan dünyanın 186 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirmişdir. 113 ölkəyə məhsul ixrac, 177 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsinin (DSK) bu barədə yaydığı məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24 milyard 837,2 milyon, o cümlədən ixracın dəyəri 14 milyard 459,2 milyon, idxalınınkı 10 milyard 378 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 81,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

2018-ci ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,2, real ifadədə 1,4, o cümlədən idxal 3,4, ixrac 0,3 faiz artmışdır. Bu dövr ərzində ölkədən 1 milyard 413,1 milyon dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,1, real ifadədə 12,1 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 28,5 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 7,2 faizini İsrailə, 5,5 faizini Hindistana, 4,9 faizini Almaniyaya, 4,7 faizini Çinə, 3,6 faizini İspaniyaya, 3,4 faizini Rusiyaya, 3 faizini Fransaya, 2,9 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,4 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 11,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33 faiz), Türkiyəyə (21,5 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (8,7 faiz), İtaliyaya (2,4 faiz), Ukraynaya (2,3 faiz), Yunanıstana (2,3 faiz), Çinə (2,2 faiz), İrana (1,5 faiz) və Niderlanda (1,4 faiz) göndərilmiş malların payı üstün olmuşdur.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 11,6 faizi İsveçrə, 11,1 faizi Türkiyə, 9,3 faizi Çin, 6,3 faizi ABŞ, 4,9 faizi Almaniya, 3,8 faizi Kanada, 3,5 faizi İran, 3,3 faizi Ukrayna, 2,8 faizi Avstraliya, 2,6 faizi İtaliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

DSK-nın məlumatında, həmçinin açıqlanır ki, bu ilin 9 ayında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,5, şəkər - 49,5, meyvə və tərəvəz şirələri - 33,7, çay - 7, marqarin, qida üçün yararlı digər qarışıqlar - 49,6, pambıq lifi - 47,2, pambıq ipliyi - 38,1, emal olunmamış alüminium - 24,1, polietilen - 2,5, bentonit gili - 17,2 faiz və tütün 2 dəfə artmış, təzə tərəvəz ixracı 3, kartof - 7,2, bitki yağları - 17,2, meyvə və tərəvəz konservləri - 0,4, təbii üzüm şərabları və üzüm suslosu - 18,7, qara metallardan yarımfabrikatlar - 3,6, qara metallardan borular 81,9 faiz azalmışdır.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövründə buğda idxalı 34,2, xam şəkər və şəkər - 39,9, təzə meyvə - 2,7, bitki yağları - 6, kərə yağı, digər süd yağları və pastaları - 13, çay - 2,5, quş əti və onun əlavə məhsulları - 9,6, kartof - 23,9, mal əti - 13,2, təzə tərəvəz - 36,3, polad prokatı - 25,6, mineral gübrələr - 47,6, hesablama maşınları, blok və qurğuları - 35,5, rezin şinlər - 12,7, mebellər - 9,6, polietilen - 27,8 faiz, yük avtomobilləri - 3,7 minik avtomobilləri 1,9, avtobuslar 3,4 dəfə artmış, siqaret idxalı 49,1, qara metallardan borular - 13,6, qara metallardan çubuqlar - 20, sement və sement klinkerləri - 17,8, məişət soyuducuları 17,1 faiz azalmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video