Alternative content

22:40 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şərəf və ləyaqət rəmzi olan həyat yolu
Şərəf və ləyaqət rəmzi olan həyat yolu
ANA SƏHİFƏ / Mədəniyyət
02:28 16.11.2019


O, ölkəmizin geoloji xidmətinə 25 il fasiləsiz olaraq rəhbərlik etmişdir. Böyük əməl sahibi, bacarıqlı təşkilatçı idi. Nəcib xüsusiyyətləri və ləyaqət rəmzi olan ömür yolu çoxlarına nümunə idi. Bu sonu görünməyən insan axınında, dünyadan köç edənlər içərisində az adam iz qoyub gedir. Unudulmaz Əkrəm Şəkinski isə özünə əbədi həyat qazanıb. O, heç kimə bənzəməyən keyfiyyətlərinə, yüksək ziyalılığına görə böyük hörmət və nüfuza malik idi. Görkəmli geoloq Əkrəm Şəkinsinin anadan olmasından 90 il ötür.

Əkrəm Şəkinski 1929-cu il noyabr ayının 16-da Bakı şəhərində, barəsində bu gün də ibrətamiz rəvayətlər söylənilən əfsanəvi "çekist” Məmməd-Emin Şəkinskinin ailəsində dünyaya göz açmışdır. Atasının repressiyaya məruz qalması Əkrəmi hələ yeniyetməlik çağlarından əmək fəaliyyətinə başlamağa vadar etmişdi. O, Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında şagird, usta köməkçisi işləyərək qazandığı cüzi vəsaitlə məhrumiyyətlərə düçar olmuş ailəsinin yeganə dayağı olub. Bir müddət sonra gənc Əkrəm "Baştunelmetrotikinti” İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində fəhlə, kiçik texnik-geodeziyaçı işləmişdir.

1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsində ali təhsilini tamamlamış, "Azneft” Birliyinin Dənizdə Geofiziki Kəşfiyyat İdarəsinə təyinat almışdır. Əkrəm burada seysmik kəşfiyyat partiyasının böyük radiotexnikindən baş mühəndis vəzifəsinədək yüksəlmişdir.

Ə.Şəkinski "Texnoeksport” Ümumittifaq Birliyi ilə İran Neft Şirkəti arasında bağlanmış müqavilənin məsləhətçi-rəhbəri səlahiyyətlərində 1966-1968-ci illərdə İranda xidməti ezamiyyətdə olub. Bu müddət ərzində onun rəhbərliyi və bilavasitə iştirakı ilə Cənubi Xəzərin İran sektorunda aparılan seysmik kəşfiyyat işləri nəticəsində 30-dan artıq perspektivli neft-qaz strukturları aşkarlanaraq dərin qazma işləri üçün hazırlanıb. Onun qonşu ölkədəki məhsuldar fəaliyyəti SSRİ Geologiya Nazirliyi və SSRİ-nin İrandakı Səfirliyi tərəfindən yüksək qiymətə layiq görülüb.

İran ezamiyyətindən geri dönən Ə.Şəkinski idarədəki sonuncu vəzifəsinə bərpa olunur və 1969-cu ildə idarə SSRİ Neft Sənayesi Nazirliyinin "Azneftgeofizkəşfiyyat” trestinə çevrilən andan onun müdiri vəzifəsinə təyinat alır.

Ölkənin neft sənayesi sistemində seysmik-kəşfiyyat partiyalarının rəisi, kontorun baş mühəndisi və trest müdiri vəzifələrində çalışdığı illər ərzində Ə. Şəkinskinin rəhbərliyi və bilavasitə iştirakı ilə quruda və dənizdə bir sıra perspektivli neft-qaz strukturları (quruda Kürsəngi, Qarabağlı, Muradxanlı; dənizdə Bulla-dəniz, Bahar, "28 Aprel”, Livanov, Qubkin strukturları və başqaları) aşkar edilir, dərin kəşfiyyat qazma işləri aparılması üçün təhvil verilir. Xüsusi qeyd etmək yerinə düşər ki, adları çəkilən strukturların bir qismi sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əsas istismar obyektlərindən olmuşdur.

Xarici ölkələrlə iqtisadi əməkdaşlığa dair danışıqlar aparmaq məqsədilə Əkrəm Şəkinski hökumət komissiyalarının heyətində iki dəfə - 1969-cu ildə İranda və 1973-cü ildə Nigeriyada səfərdə olmuşdur.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1974-cü il 5 aprel tarixli Fərmanı ilə Ə. Şəkinski respublika hökumətinin tərkibinə daxil olmaqla Nazirlər Soveti Geologiya İdarəsinin rəisi vəzifəsinə təyin edilir və ömrünün sonunadək bu vacib dövlət qurumuna yüksək səriştəlilik, peşəkarlıq və tələbkarlıqla rəhbərlik edir.

Respublika iqtisadiyyatının mineral-xammal bazasının genişləndirilməsi, faydalı qazıntı ehtiyatlarının artırılması Ə.Şəkinskinin xidməti fəaliyyətinin başlıca qayəsi idi. Belə ki, 1975-1990-cı illər ərzində polimetal filizlərinin, yodlu-bromlu suların, qara metallurgiya üçün xammalın resursları iki dəfədən çox artırılır. İnşaat materiallarının, üzlük və dekorativ daşların, yeraltı şirin, termomineral və müalicə sularının külli miqdarda ehtiyatları təmin edilir.

SSRİ Dövlət Ehtiyatlar Komissiyasında 1976-cı ildə Katex, 1983-cü ildə isə Filizçay və Kasdağ yataqları polimetal filizlərinin sənaye ehtiyatlarının təsdiq edilməsilə respublikamızın şimali-qərb bölgəsində əlvan metallurgiyanın güclü mineral-xammal bazası yaradılır. Bu yataqların mənimsənilməsinə dair hazırlanmış texniki-iqtisadi əsaslandırmada filizlərin emalı təbiətin mühafizəsi tədbirlərinə riayət olunmaqla respublikamızın özündə nəzərdə tutulmuşdur.

1983-1990-cı illər ərzində ölkəmizin geoloji xidməti tarixində ilk dəfə olaraq iki mis-qızıl filizi yatağı kəşf olunaraq, sənaye kateqoriyaları üzrə ehtiyatları təsdiq edildi. Bunun sayəsində ötən əsrin 90-cı illərinin əvvəllərində kəşfiyyat mərhələsində olan iki analoji yataqla, respublika ərazisinin ümumi perspektivləri nəzərə alınmaqla "Azərqızıl” Dövlət Şirkətinin yaradılması mümkün oldu.

Ə. Şəkinskinin geoloji-kəşfiyyat istehsalına rəhbərliyi dövründə onlarla müxtəlif növ qeyri-filiz xammalı və inşaat materialı yataqları kəşf edilərək müəyyən edilmiş qaydada sənaye istifadəsinə təhvil verilmişdir. Bu müddət ərzində respublika iqtisadiyyatının bir çox sahələrinin davamlı inkişafını təmin etmək iqtidarına malik zəngin mineral-xammal bazası yaradılmışdır. Kəşf olunaraq sənaye ehtiyatları təsdiq edilmiş yataqların bazasında çoxsaylı inşaat materialı istehsalı kombinatları, tikinti daşı, bentonit gili, alüminium oksidi istehsalı üçün mexanikləşdirilmiş xammal karxanaları, Yeni Neftçala və Bakı Yod zavodları və texnoloji proseslərində mineral-xammal ehtiyatlarından istifadəyə əsaslanan bir çox müəssisə fəaliyyət göstərirdi.

Bakı şəhəri və ümumiyyətlə respublika əhalisinin sosial, ekoloji və digər bu kimi problemlərinin həlli ilə bağlı məsələlər həmişə Əkrəm Şəkinskinin diqqət mərkəzində olmuşdur. Buraya, ilk növbədə, yüksəkkeyfiyyətli yeraltı şirin və müalicəvi mineral su ehtiyatlarının aşkar edilməsi, Bakı şəhərinin su təminatının əsaslandırılması, iqtisadiyyat üçün daim təhlükə mənbəyi olan ekzogen geoloji proseslərin - sürüşmələr, torpaq eroziyası və s. aşkarlanaraq öyrənilməsi, binaların zirzəmilərində subasma ilə mübarizəyə dair təkliflərin verilməsi, ölkə paytaxtının sanitar-ekoloji şəraitinin yaxşılaşdırılması və başqa bu kimi məsələlər aid idi.

Əkrəm müəllimin rəhbərliyi altında kəşf edilərək təsdiq edilmiş sutkada 14 milyon kubmetrdən artıq yeraltı şirin su ehtiyatları ölkə əhalisinin içməli və təsərrüfat təyinatlı suya olan tələbatını tamamilə ödəməklə yanaşı, eləcə də böyük həcmlərdə suvarma işlərində də istifadə olunur.

Bakı şəhərinin keyfiyyətli içməli su ilə təminatına da Ə.Şəkinski məxsusi diqqətlə yanaşırdı. Onun rəhbərliyi dövründə Yalama-Xaçmaz bölgəsinin kəşf olunaraq təsdiq edilmiş yeraltı su ehtiyatları bazasında o zaman inşası planlaşdırılan saniyədə 6 kubmetr məhsuldarlığa malik III Bakı su kəməri fəaliyyətdə olan I və II Bakı su kəmərlərinin gücünü iki dəfə üstələmək iqtidarında idi.

Bununla yanaşı, Şəki-Qəbələ bölgəsinin miqdarı saniyədə 15 kubmetr təşkil edən kəşf olunmuş yeraltı su ehtiyatları hesabına Bakı şəhəri və Abşeron yarımadasının əlavə su təminatının alternativ variantı da yaradılmışdır.

Ə.Şəkinskinin rəhbərlik fəaliyyətinin mühüm sferalarından biri də Bakının ekoloji şəraitinin yaxşılaşdırılması olub. Qanlı gölün ətraf mühitə, ilk növbədə, metropoliten xəttinə və Yasamal qəbiristanlığına zərərli təsiri öyrənilmiş, onun ləğvi variantları təklif edilmişdi. Bu təklif də öz müsbət həllini tapmışdı.

Onun təşəbbüsü və bilavasitə rəhbərliyi altında 1988-1989-cu illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadası ərazilərinin radioaktiv çirklənməsinin vəziyyəti öyrənilmişdir. Nəticə etibarilə fon göstəricilərini on dəfələrlə üstələyən 100-ə yaxın radioaktiv çirklənmə mənbələri aşkar olunaraq müəyyən qaydada ləğv edilmişdir.

Ə.Şəkinski bir sıra dövlət və hökumət komissiyalarının üzvü idi.

Sovet İttifaqı nümayəndə heyətinin tərkibində o, 1989-cu ildə ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş XXVIII Ümumdünya Geoloji Konqresin işində fəal iştirak etmişdi.

Əkrəm müəllim X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı kimi respublika rayonlarının, ilk növbədə, Şəki rayonunun iqtisadi və sosial inkişafı naminə mövcud imkanlarını, bilik və bacarığını əsirgəməmişdi.

Özünə və həmkarlarına qarşı həmişə yüksək tələbkarlığı və həssaslığı ilə seçilən, bütün fəaliyyəti boyu dövlətin milli maraqlarını üstün tutan Ə.Şəkinskinin elmi-istehsalat və ictimai fəaliyyəti yüksək dövlət mükafatlarına layiq görülmüşdür. O, "Qırmızı Əmək Bayrağı” və "Şərəf Nişanı” ordenləri və iki medalla, respublika Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdi.

Çoxillik məhsuldar işinə, ölkə iqtisadiyyatının mineral-xammal bazasının inkişafındakı xidmətlərinə görə "Azərbaycan SSR-in Əməkdar geoloqu” və "SSRİ Yer təkinin Fəxri kəşfiyyatçısı” fəxri adlarını almışdı.

Müxtəlif faydalı qazıntı yataqlarının aşkar olunması, onların kəşfiyyatı və ehtiyatlarının təsdiq edilməsindəki xidmətlərinə görə Ə.Şəkinski SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iki qızıl və iki bürünc medalını almışdı.

O, iki dəfə - Kürsəngi neft-qaz yatağının aşkar olunması və kəşfiyyatına, Binə-Hövsan və Neftçala yodlu-bromlu su yataqlarının aşkar edilməsinə, kəşfiyyatına və sənaye mənimsənilməsi üçün təhvil verilməsinə görə "Yatağın ilk açanı” diplomu və fəxri nişanına layiq görülmüşdü.

Amansız ölüm onu iş başında - qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində xidməti ezamiyyətdə ikən haqlamışdı. Əkrəm Şəkinski 1998-ci il iyun ayının 25-də həyatla əbədi olaraq vidalaşdı. O, Bakıda Fəxri xiyabanda dəfn edilmişdir.

Şüurlu həyatını bütövlükdə Vətənə və xalqına sədaqətli xidmətə həsr etmiş qayğıkeş ailə başçısı, tələbkar və həssas rəhbər Əkrəm Məmməd-Emin oğlu Şəkinskinin əziz xatirəsi onu tanıyanların, həmkarlarının və doğmalarının qəlbində həmişə yaşayır!

Akif QULİYEV,

mühəndis-geoloq, elm və texnika sahəsində SSRİ Nazirlər Soveti mükafatı laureatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM