Alternative content

22:32 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bütün dinlərin harmoniyası Azərbaycandadır
Bütün dinlərin harmoniyası Azərbaycandadır
ANA SƏHİFƏ / SİYASƏT
02:24 16.11.2019


Bu gün tolerantlıq günüdür...

Demək, həm də azərbaycançılıq günüdür...

Əbəs deyil ki, bu gün dünyada baş verən dini qarşıdurmalar, din adı altında həyata keçirilən terrorlar, irqi, milli, dini ayrı-seçkilik, dözümsüzlük fonunda Azərbaycanda minillərdir var olan tolerantlıq bütün bəşəriyyətə nümunə göstərilir, həm də ən mötəbər tribunalardan, ən ali dini rəhbərlər səviyyəsində...

"Azərbaycanda keçirilən dinlərarası görüşləri xatırlamaq istəyirəm. Burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var - hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq...”

Bu fikirləri ötən il Roma papası Fransisk Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirmişdi...

Bəşəriyyətə örnək milli-mənəvi dəyərlərimizin özəlliyi, unikallığı ondadır ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar. Bunu ölkəmizdə mövcud olan və müxtəlif inanclara məxsus tarixi, dini abidələr əyani sübut edir. Məsələn, tarixdə ilk din olan Zərdüştlüyün qədim atəşpərəstlik məbədi Bakıda, Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi Şəki yaxınlığında və müsəlman aləminin ən qədim ibadətgahlarından biri olan, 743-cü ildə tikilmiş məscid Şamaxıda yerləşir. Bunlar Azərbaycanın bütün dinlərin, inancların qovuşduğu bir məkan olmasına əyani nümunədir.


Azərbaycan artıq tolerantlıqdan multikulturalizm səviyyəsinə qalxıb


Hazırda ölkəmizdə 2250 məscid, 14 kilsə, 7 sinaqoq, 942 dini qurum, 748 ziyarətgah fəaliyyət göstərir. Ölkədə xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpası, Bakıda katolik kilsəsinin inşa olunması Azərbaycandakı dini müxtəlifliyin və bu fərqliliyə insanların tolerant münasibətinin bariz nümunəsidir.

Bu bir faktdır ki, Azərbaycanda var olmuş və indi də bu ali dəyərləri özündə ehtiva edən dini mənzərə dünyanın başqa heç bir ölkəsində yoxdur. Bunu illərdir Azərbaycanda yaşayan xalqların, etnik qrupların, dini icmaların nümayəndələri də vurğulayırlar.

Dini həyatın əsası tolerantlıqdır, amma Azərbaycan artıq tolerantlıqdan multikulturalizm səviyyəsinə qalxıb. Dini dözümlülük, insanların inanclarına humanist yanaşma xalqımızın təbiətinə xas insanpərvərliyindən, xoş məramından irəli gəlir. Və bu dəyərli ənənə nəsillərdən nəsillərə ötürülərək bu gün də mənəvi sərvət kimi qorunub saxlanır. İnsanlar mənsub olduqları dinə aid ayinləri məscidlərlə yanaşı, fəaliyyət göstərən sinaqoq və kilsələrdə də sərbəst şəkildə icra edirlər. Müqəddəs bayramlarını digər dinlərin nümayəndələri ilə birlikdə qeyd edirlər, toy, yas mərasimlərində qaynayıb-qarışır, bir-birinə dayaq dururlar...

Vətənimiz Azərbaycanın keşiyini birlikdə çəkirlər...


Məscidlər, kilsələr, sinaqoqlar...


Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, multikultural dəyərlər, milli və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış yəhudilərə də öz varlığını qoruyub saxlamağa əlverişli imkan yaradıb. Quba İsraildən kənarda yəhudilərin ən sıx məskunlaşdığı şəhərdir. Buradakı Qırmızı Qəsəbə adlanan yaşayış məskəni isə bütün postsovet məkanında dağ yəhudilərinin yığcam yaşadıqları yeganə məkandır.

Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir ki, təkcə bu faktın özü Azərbaycanda tolerantlıq ənənələrinin hansı səviyyədə olduğunu təsdiqləyir.

Ölkəmizdə dövlət qayğısı ilə əhatə olunan azsaylı qədim xalqlardan biri də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10000-ə yaxındır ki, onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən biri - Müqəddəs Yelisey adına Çotari kilsəsi bərpa edilib.

Ölkəmizdə tatlar, talışlar, kürdlər, malakanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər kimi bir çox etnik qruplar da yaşayır. Onlar özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayır.


Azərbaycanın multikulturalizm və tolerantlıq kimi bəşəri dəyərlərə münasibəti yüksəkdir


Azərbaycanın multikulturalizm, tolerantlıq kimi bəşəri dəyərlərə münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə də praktik müstəvidə özünü göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha böyük aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələrdən olan Romada Müqəddəs Marçellinio və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası xristian dünyasında böyük əks-səda doğurub.

Bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin başlıca məqsədi insanların sülh şəraitində yaşamasını təmin etmək üçün tolerantlıq, multikultural dəyərlərin təbliğ edilməsidir. Bu yönümdə atılan addımlar isə nəinki Azərbaycana və ölkəmizdəki dini konfessiyalara, bütünlüklə müsəlman aləmi ilə digər inanclar arasında münasibətlərə, eyni zamanda, bütün dünyada gedən proseslərə təsir göstərəcək əhəmiyyətli məsələlərdir.


Sülhün, dostluğun, birgəyaşayışın dünyaya ixrac edilməsi


Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” və 2017- ci ili "İslam həmrəyliyi ili” elan etməsi ölkədə əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin, sülhün, dostluğun, birgə yaşayışın dünyaya ixrac edilməsinə öz mühüm töhfəsini verdi.

Prezidentin islam həmrəyliyinə çağırışı bütün islam dünyasında xalqların və ölkələrin iqtisadi, mədəni, elmi əməkdaşlığına, eyni zamanda, islam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik və sülh ideyalarının daha da diqqət mərkəzinə çəkilməsinə xidmət etdi. Bu mühüm beynəlxalq tədbirlər bir daha dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, eyni səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan nəinki ölkə daxilində etnoslararası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyir, həm də dünyaya tolerantlıq və multikulturalizmin mütərəqqi modelini təqdim edir.

Bütün bunlarla yanaşı, hər il Azərbaycanda dini qurumlara dövlət tərəfindən mütəmadi olaraq maliyyə yardımı da göstərilir. Bu il də Prezidentin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna və Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat ayrılıb. Həmçinin Avropa yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna, Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının hər birinə 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək göstərilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb.

Bəli, dini dözümlülük azərbaycançılığın təməl kodudur...

Tolerantlıq Azərbaycan xalqının əslindədir, kökündədir, genindədir...

Bu müdrik xalq ona düşmənçilik edənlərə qarşı da həmişə tolerant yanaşır. İşğal olunan torpaqlarımızdakı dini ocaqların, məscidlərin, məzarlıqların dağıdılmasına baxmayaraq, bu gün də Bakının mərkəzində ermənilərin dini məbədi, məzarlıqları qorunub saxlanılır, onlara qarşı heç bir hörmətsizlik edilmir...

Tolerantlığın bu cür fövqəlbəşər nümunəsinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM