15 Noyabr 2019 18:35
594
DÜNYA
A- A+

Fransa polisi zavodu mühasirəyə alan “sarı jilet”ləri dağıtdı


Fransa polisi ölkənin qərbində yerləşən "Yara” gübrə istehsalı şirkətinin zavodunu mühasirəyə almış sarı jiletli nümayişçiləri dağıdarkən gözyaşardıcı qazdan istifadə etmişdir. Bu barədə "France Bleu” radiostansiyası xəbər verir.

Dünən səhər Montuar-de-Bretan şəhərinin yaxınlığında yerləşən müəssisənin qarşısına yüzlərlə adam toplaşmışdı. Piket iştirakçıları yolda tonqal yandırmış və canlı sipər yaradaraq yük maşınlarının hərəkətinə maneçilik törətmişlər.

Bir neçə saatdan sonra hadisə yerinə gələn polisin xüsusi təyinatlıları tezliklə nümayişçiləri sıxışdırmışlar. Asayiş keşikçiləri bir neçə dəfə gözyaşardıcı qazdan istifadə etmişlər.

"Yara” zavodunda insan üçün təhlükəli maddələr mövcuddur. Son bir həftə ərzində yerli KİV Luara çayına böyük miqdarda fosfor və digər kimyəvi maddələrin atıldığı barədə xəbər vermişdir. Prokurorluq ötən ildən bəri bu faktları araşdırmaq üçün yoxlama aparır. Lakin təhqiqatın nəticələri hələ də ictimaiyyətə açıqlanmamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video