Alternative content

06:24 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
18:24 15.11.2019
Noyabrın 15-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ABŞ-ın Montana Ştatı Senatının Sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, spiker qonaqların Dünya dini liderlərinin II Bakı Sammitində iştirakını yüksək dəyərləndirib. Qeyd edib ki, dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilmiş Azərbaycan tolerant ölkə kimi tanınır.

Milli Məclisin Sədri ümidvar olduğunu bildirib ki, səfər müddətində qonaqların Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, multikulturalizm mühiti, uğurlu neft strategiyası, regionda həyata keçirilən böyük strateji layihələr, ölkəmizin üzləşdiyi çətinliklər və qonşu Ermənistanın silahlı qüvvələri tərəfdən torpaqlarımızın 20 faizinin işğal olunması barədə əldə edəcəkləri məlumatlar onların respublikamız barədə biliklərinin daha da zənginləşməsinə töhfə verəcək.

Ölkəmizin təkcə federal səviyyədə deyil, ABŞ-ın ştatları ilə də münasibətlərin inkişafına böyük maraq göstərdiyini bildirən Oqtay Əsədov deyib: "Biz əməkdaşlığımızın bu formatını gələcəkdə də dərinləşdirmək niyyətindəyik. Hesab edirik ki, bu səfəriniz təmsil etdiyiniz ştatlarla Azərbaycan arasında əlaqələrin genişlənməsinə təkan verəcək”.

Azərbaycan-ABŞ münasibətlərinin dərin tarixi köklərinin olduğunu vurğulayan Milli Məclisin Sədri bu əlaqələrin hələ XX əsrin əvvəllərindən inkişaf etməyə başladığını qeyd edərək deyib: "Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər öz dinamikliyi ilə fərqlənir. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Diplomatik münasibətlərimizin 28 illik tarixi vardır. O zamandan bəri ölkələrimiz arasında əlaqələr daim inkişaf edir və genişlənir. Bunu qarşılıqlı olaraq həyata keçirilən səfərlərin sayına nəzər saldıqda da görmək olar. Ümumiyyətlə, son illər ABŞ-dan ölkəmizə müxtəlif səviyyələrdə səfərlərin həyata keçirilməsi ənənəvi hal alıb.

Ölkələrimiz arasında mövcud olan fəal siyasi dialoq iqtisadi sahəyə də öz təsirini göstərir. Bu günədək ABŞ şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 14 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. Ölkəmiz qlobal neft və qaz layihələrinin reallaşmasında həmişə ABŞ-ın dəstəyini hiss edib. Biz ABŞ-la mədəni-humanitar əlaqələrimizi də inkişaf etdirməkdə maraqlıyıq”.

Parlament diplomatiyasının önəmini vurğulayan Oqtay Əsədov Milli Məclisdə və ABŞ Konqresində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Hər iki ölkənin qanunverici orqanları arasında uğurlu əməkdaşlıqdan, qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açan spiker ABŞ ştatlarının qanunverici orqanları ilə əlaqələrimizin dərinləşməsini vacib hesab etdiklərini bildirib.

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Milli Məclisin Sədri Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu vurğulayıb. Qeyd edilib ki, ATƏT-nin Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ problemin həllinə öz töhfəsini verə bilər. Spiker ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımına münasibət bildirdiyini qeyd edərək, digər ştatlar tərəfindən də müvafiq addımların atılacağına inandığını bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Raymond Skot Seyls Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olduqlarını söyləyib. Qonaq səfər çərçivəsində keçirdikləri görüşlərdən və xalqımızın qonaqpərvərliyindən məmnun qaldıqlarını deyib. Bildirib ki, səfərdə iştirak edən nümayəndə heyətinin tərkibində ABŞ-ın dörd ştatının təmsilçiləri olub. Səfər Azərbaycanın mədəniyyəti, tarixi, keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlərlə yaxından tanış olmaq üçün yaxşı imkanlar yaradır.

Montana Ştatı Senatının Sədri Milli Məclislə ABŞ ştatlarının qanunverici orqanları arasında əməkdaşlığın genişləndirməsinin önəmini qeyd edib. Vurğulayıb ki, təkcə federal səviyyədə deyil, ştatlar səviyyəsində də Cənubi Qafqazın bu bölgəsi ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük maraq var.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM