15 Noyabr 2019 18:20
535
DÜNYA
A- A+

Doqquz yaşında universitet məzunu olacaq Loren Ginnesin Rekordlar Kitabına daxil ediləcək


Eyndhoven Texniki Universitetinin 20 yaşlı tələbələri arasında Loren adlı qızcığazı görənlər onu müəllimlərdən birinin uşağı hesab edir. Lakin o, yaxın günlərdə təhsilini başa vuraraq ən gənc universitet məzunu olacaq və elektrik mühəndisi ixtisasına yiyələnəcək.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, "Eyndhoven Daqblad” qəzetində dərc olunmuş məqalədə 9 yaşlı Lorenin gələn ilin martında bakalavr dərəcəsi alacağı gözlənilir. Hazırda dünyanın ən gənc universitet tələbəsi olan qızcığaz 10 yaşında ABŞ-dakı Alabama Universitetinin məzunu olmuş Maykl Kerninin rekordunu təzələyərək Ginnesin Rekordlar Kitabına daxil ediləcək.

Belçikanın Ostend şəhərində dünyaya gələn Loren Simons 6 yaşında lisey təhsilinə başlayıb. Atası deyir ki, hələ ana bətnində olarkən bu uşağın beynində yanlış bir şeylər baş verib, amma bu dəyişiklik müsbət istiqamətdə olub. IQ səviyyəsi 145 olan Loren məktəbdə darıxdığı üçün Amsterdam Universitetinin tibb fakültəsində tədqiqat layihəsində iştirak edib. O, 8 yaşında Belçikanın Brüqqe şəhərində riyaziyyat üzrə lisey diplomu alaraq ailəsi ilə Hollandiyaya köçüb. ABŞ-dakı Stenford və Fairfield universitetlərinin istedadlı uşaqlar üçün kurslarına qatılan qızcığaz oxuduğu hər yerdə ən balaca tələbə olub. Təhsil aldığı 3 il ərzində universitet diplomu alacaq Loren başqa tələbələrin 10 həftədə yazdığı mövzunu bir həftə müddətində bitirə bilir.

Loren universitetdən kənarda normal uşaq həyatı yaşayır. Onun həftə sonunda ən sevimli əyləncəsi nənəsinin itləri ilə oynamaqdır. Tələbə yoldaşları özündən yaşca böyük olduğu üçün onlarla birlikdə idmanla məşğul olmur.

Eyndhoven Texniki Universitetinin professoru Piter Baltus qeyd edir ki, 20 yaşlı tələbələr arasında Loreni görmək ilk vaxtlar ona qəribə gəlib. "Lakin bir müddət sonra əmin oldum ki, ünsiyyət zamanı qızcığaz digər tələbələrdən daha üstündür. Bəzən onun 9 yaşı olduğunu unuduram”, -deyə professor vurğulayıb. Onun sözlərinə görə, Loren inanılmaz beyin quruluşuna malikdir və bilikləri ağlasığmaz sürətlə mənimsəyir. Professor əlavə edib ki, onun yaddaşı fotoqrafik hafizədən də üstündür və yeniyetmə tələbələr bu səviyyəyə çata bilməzlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video