Alternative content

22:50 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerGold” ISO beynəlxalq standart sertifikatlarına layiq görülüb
“AzerGold” ISO beynəlxalq standart sertifikatlarına layiq görülüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:36 15.11.2019

"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb. Cəmiyyət beynəlxalq standartlaşdırma təşkilatı ISO (International Organization for Standardization) tərəfindən 3 sertifikata layiq görülüb.

QSC-dən bildirilib ki, ölkəmizdə akkreditasiyadan keçən sertifikatlaşdırma qurumu olan "TUV AUSTRIA CERT GMBH” şirkəti tərəfindən cari il oktyabrın 14-16-da keçirilmiş sertifikatlaşma auditinin nəticələrinə əsasən, "AzerGold”a Keyfiyyət İdarəetmə Sistemi üzrə ISO 9001:2015, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə ISO 45001:2018 və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə ISO 14001:2015 beynəlxalq sertifikatları təqdim edilib.

Xatırladaq ki, "AzerGold” QSC beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. Səhmdar cəmiyyət fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun qurulması, o cümlədən qanunların və normativ sənədlərin tətbiqi, kadrların səriştəliliyi, istehsal olunan məhsulların rəqabətə davamlılığının artırılması, sağlam iş şəraitinin yaradılması, təbii ehtiyatlara zərərli tullantıların mənfi təsirinin azaldılması və digər meyarlar əsasında gözlənilən nəticələrə nail olub.

Adıçəkilən beynəlxalq sertifikatların əldə olunması şirkətə fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun qurulması, istehsalın artması, beynəlxalq bazarlara çıxışın asanlaşması və ixrac potensialının artırılması, eləcə də müştəri məmnunluğuna nail olunması kimi mühüm imkanlar yaradaraq, müəssisənin daxili və xarici bazarda müsbət imicinin qorunub saxlanılmasına, idarəetmədə müasir metodların tətbiqinə, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi və bu sahələrdə görülən işlərin daha da mükəmməlləşdirməsinə təkan verəcək. Cəmiyyətin fəaliyyət sahəsinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM