15 Noyabr 2019 13:51
601
İQTİSADİYYAT
A- A+

Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib


Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə "Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk regional sammitdə iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sammitin açılışında çıxış edən P.Şahbazov BMT-nin 2016-2030-cu illər üzrə təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi üzrə Azərbaycanın həyata keçirdiyi uğurlu dövlət siyasətindən bəhs edib. Ölkəmizin milli inkişaf strategiyasnın DİM ilə üst-üstə düşdüyünü vurğulayan nazir bildirib ki, iqtisadi, sosial inkişafla bərabər, ekoloji tarazlığın gözlənilməsi, ətraf mühiti qorumaqla tərəqqi bu gün bizim də əsas məqsədlərimizdən biridir.

Ölkəmizin mövcud sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı məlumatları diqqətə çatdıran P.Şahbazov bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatı üç dəfədən çox artıb. Bu, eləcə də yoxsulluğun, işsizliyin azaldılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyata keçirilən çoxsaylı infrastruktur layihələri, qazlaşdırılma səviyyəsi və elektrik enerjisinin əlçatanlıq əmsalı ilə bağlı göstəricilər, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər dayanıqlı inkişaf məqsədli siyasətin nəticələridir. Azərbaycanın bu nailiyyyətləri Davos Ümumdünya İqtisadi Forumunun və Dünya Bankının "Doing Business” hesabatlarında da öz əksini tapır.

Nazir hazırda davamlı inkişaf modelinin yaradılması istiqamətində 11 sektoru əhatə edən 12 Strateji Yol Xəritəsinin icra olunduğunu, həyata keçirilən dərin islahatlar kursunun ölkənin hərtərəfli və dayanıqlı inkişafına xidmət etdiyini qeyd edib: "Prezident İlham Əliyevin bəyan etdiyi kimi gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin dayanıqlı inkişafı üçün əlavə imkanlar yaradacaq. Ölkə başçısının tapşırığına əsasən, hazırda bərpaolunan enerji sahəsini özəl, xarici investisiyanın cəlbi ilə inkişaf etdirmək, energetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçmək, enerji səmərəliliyinə nail olmaqla bağlı tədbirlər görülür. Bu tədbirlər Azərbaycanın 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarını 35 faiz azaltmasına və ümumi elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizədək artırmağa kömək etməklə yanaşı, qlobal iqlim dəyişikliyi ilə bağlı məqsədə də töhfə verəcək”.

Energetika naziri, həmçinin "Strateji siyasətə dair dialoq: DİM-lərə çatmaq üçün düzgün yol seçmişikmi?” adlanan sessiyada panel müzakirələrə də qatılıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankı (AİB) və BMT-nin İnkişaf Proqramının Qazaxıstan nümayəndəliklərinin dəstəyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sammitin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün resursların səfərbər edilməsi prosesində bütün maraqlı tərəflər arasında dialoqun yaradılmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video