Alternative content

17:41 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
13:47 15.11.2019

Noyabrın 15-də Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini, Sammitin Təşkilat Komitəsinin sədri Əli Əhmədov dini liderlərin bir araya gəlməsinin heç də asan olmadığını bildirib. "Lakin Azərbaycanda formalaşmış tolerantlıq mühiti ölkəmizi elə bir məkana çevirib ki, burada fərqli dinlərin nümayəndələrinin bir araya gəlməsi mümkün olub”, - deyə o əlavə edib.

Əli Əhmədov bildirib ki, iki gün ərzində Sammitdə çox dəyərli fikirlər səsləndirildi. Prezident İlham Əliyevin tədbirdəki nitqi kifayət qədər diqqətçəkən məqamlarla yadda qaldı. Müasir cəmiyyətimizi düşündürən elə məsələlər var ki, bu məsələlər yalnız dialoq yolu ilə həll oluna bilər. Dini zəmində baş verən problemlərin həllində dini liderlərin üzərinə böyük vəzifələr düşür. Dini rəhbərlərin mənəvi nüfuzu bu baxımdan ən əsas resurslardan biridir. Müasir dünyada dini rəhbərlərin cəmiyyətdə birləşdirici rolunun artırılmasına ehtiyac var.

Sammitin böyük uğurla başa çatdığını vurğulayan Baş Nazirin müavini əmin olduğunu bildirib ki, tədbir ölkəmizdə dinlərarası anlaşmaya öz töhfəsini verəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu Sammitin əhəmiyyəti zaman keçdikcə özünü daha çox göstərəcək. Bu tədbir Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə keçirildi. "Buna görə də dövlətimizin başçısına və birinci xanıma bütün din xadimləri adından təşəkkür edirəm. Müasir dünyada bu kimi tədbirlərə böyük ehtiyac var”, - deyə Allahşükür Paşazadə qeyd edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM