15 Noyabr 2019 13:40
394
CƏMİYYƏT
A- A+

Naybori Sammiti çərçivəsində Azərbaycanda qadın hüquqları sahəsində görülmüş işlərdən danışılıb


Keniyanın paytaxtı Nayboridə keçirilən sammit çərçivəsində "Qadınlar rəhbərlik etdikdə” adlı yüksək səviyyəli görüş təşkil olunub. Görüşdə həmsədrlər, iştirakçı ölkələrin birinci xanımları və idarəetmədə yüksək vəzifələrdə çalışan, o cümlədən beynəlxalq təşkilatları rəhbər səviyyədə təmsil edən qadınlar öz fikirlərini bölüşüblər. Çıxışçılar qadınların bu sahədəki uğurları və nailiyyətləri barədə danışıb, qarşıda duran vəzifələri müzakirə ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktor müavini xanım Laura Laden ilə görüşüb. Əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə BMT Əhali Fondu ilə görülən işlərdən, reallaşdırılan layihələrdən və əldə olunan müsbət nəticələrdən danışılıb.

Dövlət Komitəsinin sədri, həmçinin bir sıra ikitərəfli görüşləri də keçirib. BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru xanım Natalia Kanem, Butan Kraliçası Gyalyum Sangay Choden Vangçuk, BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Başele, Konqo Respublikasının birinci xanımı Antoinet Sassu Nguesso, Keniya Respublikasının birinci xanımı Marqaret Kenyatta, Maldiv Respublikasının Milli Planlaşdırma və İnfrastruktur naziri Muhamed Aslanla görüşlərdə qadın hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlərdən, əlaqələrin genişləndirilməsindən bəhs olunub.

Hicran Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə qadın və qızların hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılıb, bu sahədə sistemli iş aparılır. Xüsusilə qadın sahibkarlığın inkişafı istiqamətində müsbət nəticələrin qazanıldığını bildirən Komitə sədri qeyd edib ki, torpaqlarımızın 20 faizinin işğal altında qalmasına, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ölkəmiz sürətlə inkişaf edir, onun iqtisadi imkanları artır. Bu da öz növbəsində vətəndaşların, o cümlədən qadınların rifahının yüksəlməsinə və sosial müdafiəsinin güclənməsinə səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video