Alternative content

20:43 28 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Los-Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib
Los-Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
13:30 15.11.2019
Los-Ancelesdə fəaliyyət göstərən, ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan Nessah Sinaqoqunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin ifşasına həsr olunmuş geniş tədbir keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, 400-dək iştirakçının, o cümlədən tanınmış din xadimlərinin, müxtəlif nüfuzlu yəhudi təşkilatlarının rəhbərlərinin, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin, universitet professorlarının, xarici ölkələrin diplomatlarının qatıldığı tədbir Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə təşkil olunub.

Yarım milyon erməninin yaşadığı və Nikol Paşinyanın "erməni diasporu”nun "paytaxtı” adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Ancaq erməni lobbisinin tədbirin qarşısını almaq cəhdləri uğursuzluqla nəticələnib.

Tədbirdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, icma üzvləri Gülməmməd Məmmədov və Xocalı şahidləri Dürdanə Ağayeva və Ceyhun Ələkbərov iştirak ediblər.

Azərbaycanın, ABŞ-ın və İsrailin dövlət himnlərilə başlayan tədbirdə Azərbaycan himninin son sözləri bütün tədbir iştirakçıları tərəfindən birgə ifa edilib.

Tədbirdə çıxış edən Sinaqoqun baş ravvini Devid Şofet, Sinaqoqun rəhbərlərindən olan İsaak Yomtovian və Aşe Eşağpur, eləcə də IAJF təşkilatının prezidenti Susan Əzizzadə dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan antisemitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan Prezidentinə və xalqına öz təşəkkürlərini çatdırıblar.

Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında böyük uğurla həyata keçirildiyini, Azərbaycan tolerantlığının bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verən N.Ağayev bu ədalətsizliyin bu gün də davam etdiyini diqqətə çatdırıb. Diplomat bildirib ki, həm işğal, həm də azərbaycanlı məcburi köçkünlərin elementar insan haqlarının Ermənistan tərəfindən kobudcasına pozulması barədə ABŞ ictimaiyyətini məlumatlandırmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icması Los-Ancelesə səfərə gəlib və bu, onların icma olaraq xaricə ilk səfəridir.

Daha sonra çıxış edən Tural Gəncəliyev, Gülməmməd Məmmədov və Dürdanə Ağayeva Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin məruz qaldıqları iztirabları, işğal olunmuş ərazilərdə məcburi köçkünlərə məxsus evlərin dağıdılması, ya da satışa çıxarılması, tarixi, dini və mədəniyyət abidələrimizin, qəbiristanlıqların tamamilə məhv edilməsi və ya alçaldılması kimi vəhşilikləri konkret faktlarla bölüşüblər.

Tədbir iştirakçıları Azərbaycana qarşı bu ədalətsizliyi qınadıqlarını bildirərək, bu haqda əldə etdikləri məlumata görə təşəkkürlərini bildiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM