Alternative content

10:15 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Abdullah Mətuq Əl-Mətuqa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
Abdullah Mətuq Əl-Mətuqa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
ANA SƏHİFƏ / Təhsil
13:25 15.11.2019

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim olunub.

AZƏRTAC xəbər verir ki, görkəmli ictimai xadim Abdullah Mətuq Əl-Mətuq bu fəxri ada Azərbaycan-Küveyt dostluq əlaqələrinin inkişafında və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda müdafiəsindəki böyük xidmətlərinə görə layiq görülüb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycanın xarici siyasətində islam ölkələri mühüm yer tutur: "Azərbaycan ilə Küveyt dost və qardaş ölkələrdir. Bu günlərdə Küveytdə olduq və orada institutun ərəb dilindəki nəşrlərinin təqdimatını keçirdik”.

Yaqub Mahmudov Abdullah Mətuq Əl-Mətuqun ictimai, siyasi fəaliyyətindən söz acıb, onun hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğunu söyləyib.

Akademik, həmçinin Azərbaycan həqiqətlərindən danışıb. Bildirib ki, müasir Ermənistanin ərazisi tarixi Azərbaycan torpaqlarıdır: "Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır”.

Qeyd olunub ki, bu gün elmi müəssisənin nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub.

Abdullah Mətuq Əl-Mətuq bildirib ki, bütün Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində bəyan və müdafiə edir: "Prezident İlham Əliyevlə görüşlərim olub. O, müasir dünyanın böyük dövlət xadimlərindən biridir. Azərbaycanda gedən sürətli inkişafdan çox məmnunam. Hazırda Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edirəm”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM