15 Noyabr 2019 02:28
567
CƏMİYYƏT
A- A+

Dövlət həmişə vətəndaşının yanındadır


"Qarabağ müharibəsi əlili Qurban Qurbanovun ölkə rəhbərinin ona bəxş etdiyi və bankda girovda olan evinin ona qaytarılması bir daha sübut etdi ki, müstəqil Azərbaycan dövlətində vətəndaş amili hər zaman yüksəkdə dayanır və bundan sonra da dayanacaqdır”.

Bu fikirlər Qazax Rayon İcra Hakimiyyətində Qarabağ qazisi Qurban Qurbanov və onun ailə üzvləri ilə keçirilən görüşdə səsləndirilmişdir. Qeyd edilmişdir ki, vətən, torpaq uğrunda qəhrəmanlıq, şücaət göstərən, Azərbaycanın ərazi bütövlüyü naminə sağlamlığından keçən vətən oğulları hər zaman dövlətə, Prezidentə arxalanır, ölkə rəhbərini özlərinə himayədar bilirlər.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarabağ qazisi Qurban Qurbanovu və onun ailəsini təbrik etmiş və ona göstərilən bu qayğını ümumilikdə Qarabağ müharibəsi əlillərinə göstərilən qayğı kimi dəyərləndirmişdir. Bildirilmişdir ki, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə daim çoxsaylı tədbirlər həyata keçirilir. Elə cari il aprel ayının 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşü izləyənlər də əmin oldular ki, ölkə rəhbəri və Birinci vitse-prezident hər zaman bu kateqoriyadan olan insanlara dəstək olur. Mehriban xanım Əliyeva bu qərarı ilə, atdığı humanist addımı ilə bir daha sübut etdi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən xeyirxah əməlləri ilə ölkənin hər bir vətəndaşını sevindirir. Ən əsası isə, bu, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyin daha bir bariz nümunəsidir.

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr əvəzi Xasay Balayev, birinci qrup Qarabağ müharibəsi əlilləri Namiq Alıyev və Baxış Hüseynov Mehriban xanım Əliyevanın bu addımını yüksək dəyərləndirmiş və Qurban Qurbanovun sevincinə şərik olduqlarını bildirmişlər.

Rayon polis şöbəsinin rəisi Ədalət Əliyev, respublika Vəkillər Kollegiyasının üzvü Şahin Hacıyev də Azərbaycanda vətəndaş amilinin hər zaman ön planda dayandığını bir daha diqqətə çatdırmışlar.

Qurban Qurbanov və həyat yoldaşı Zeynəb Qurbanova xeyirxahlığa görə dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq etmiş, evlərinin onlara bağışlanma xəbərini hədsiz sevinclə qarşıladıqlarını bildirmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video