15 Noyabr 2019 02:26
604
İQTİSADİYYAT
A- A+

“Azəristiliktəchizat” ASC: Noyabrın 15-dən mənzillərə istilik veriləcək


Noyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev qış mövsümünə hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında İ.Mirzəliyev ölkəmizdə qazanılan nailiyyətlərin əsasını Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasının təşkil etdiyini vurğulayıb.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin vətəndaşların kommunal xidmət təchizatının yaxşılaşdırılması, mövcud problemlərin operativ həlli, son nəticədə vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tapşırıqlarının icrası istiqamətində müvafiq addımlar atılır. Bütün bunlar ölkə iqtisadiyyatının və əhalinin yüksək standartlara cavab verən kommunal xidmətlərlə təchizatı ilə bağlı bu xidmətləri göstərən müəssisələr qarşısında da məsul vəzifələr qoyur.

ASC sədrinin müavini deyib ki, bu baxımdan aktual əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkədə dayanıqlı istilik təchizat sisteminin yaradılması, əhalinin etibarlı və keyfiyyətli istiliklə təmin edilməsidir.

O qeyd edib ki, ölkəmizdə istilik təchizatı sisteminin bərpası və yaxşılaşdırılmasında dönüş nöqtəsi 2005-ci ilə ölkə başçısı tərəfindən indiki "Azəristiliktəchizat” ASC-nin yaradılması olub: "Ötən illər ərzində Prezident İlham Əliyevin tapşırığı ilə ciddi işlər görülüb. İlk növbədə, təhsil və səhiyyə müəssisələrində istilik sistemlərinin bərpası ilə bağlı çoxsaylı layihələr icra olunub, yaşayış binalarında sistemlərin bərpasına başlanılıb və bu gün də bu işlər davam etməkdədir”.

İ.Mirzəliyev diqqətə çatdırıb ki, təmsil etdiyi qurumun strategiyasının 3 əsas prinsipi var. Bunlar uzun illər 1960-70-ci illərin texnologiyalarına əsaslanan həddən artıq mərkəzləşmiş sistemlərin tədricən yenidən qurularaq istilik məntəqələri olan qazanxanalara çevrilməsi, istiliklə təmin edilməyən ərazilərin müəyyənləşdirilərək optimal istilik sistemlərinin yaradılması və mövcud köhnə tipli qazanxanaların modernləşdirilərək müasir tipli qazanxanalara çevrilməsindən ibarətdir. Bu strategiya nəticəsində 2005-2019-cu illərdə 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-dək qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən çox təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa olunub.

Qeyd olunub ki, ümumilikdə bu illər ərzində 2700-dən çox istilik təchizatı sistemi ilə bağlı layihələr icra edilib. Bunun nəticəsidir ki, bu gün Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə müəssisəsi və 1300-dən çox digər sosial obyektlər "Azəristiliktəchizat” ASC-nin xidmət sahəsinə daxil olmaqla istiliklə təmin edilir.

İ.Mirzəliyev əlavə edib ki, əhaliyə göstərilən xidmətə görə tariflərdə yaxın vaxtlarda heç bir artım gözlənilmir.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video