Alternative content

00:16 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
ANA SƏHİFƏ / SİYASƏT
23:57 14.11.2019

Bakıda keçirilən Dünya Dini Liderlərinin Sammitində iştirak edən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan paytaxtındakı "Jen Mironosits” pravoslav kafedral kilsəsində ayin keçirib.

AZƏRTAC xəbər verir ki, patriarx Kirillə görüşə təkcə Azərbaycanın xristianları deyil, həm də dövlət nümayəndələri, diplomatik korpusların təmsilçiləri, mədəniyyət xadimləri gəliblər. Onların arasında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və digər rəsmi şəxslər olublar.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein patriarx Kirillə müraciət edərək qeyd edib ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı 2010-cu ildə bu kilsədə keçirilən ayində iştirak edib. O, mitropolit Nikolay Yeruşeviçə məxsus olan müqəddəs ripidləri patriarx Kirillə təqdim edib.

Patriarx Kirill qeyd edib ki, "Jen Mironosits” pravoslav kafedral kilsəsinə xüsusi hisslərlə qədəm qoyub. O, Bakıda fəaliyyət göstərən bu kilsənin yüksək səviyyədə restavrasiyasından məmnunluğunu ifadə edib. "Mən bu kilsədə çoxlu iş görüldüyünün, Azərbaycanda kilsə fəaliyyətinin necə inkişaf etdiyinin şahidi oldum”, -deyə Moskvanın və Bütün Rusiyanın Patriarxı vurğulayıb.

Sonra Rus Pravoslav Kilsəsinin mükafatları təqdim olunub. Azərbaycan Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelinə II dərəcəli Müqəddəs Serqi Radonejski ordeni, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova isə Patriarx Fəxri Fərmanı təqdim edilib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xormeysteri Vaqif Məstanov III dərəcəli Müqəddəs Knyaz Daniil Moskovski ordeni, Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova və Arxangel məbədi xorunun rəhbəri Kristina Əfəndiyeva Böyük Moskva Knyaginyası Müqəddəs Yefrosinya ordeninə layiq görülüblər.

Patriarx Kirill daha sonra Bakının müqəddəs himayədarı Apostol Varfolomey ikonasını "Jen Mironosits” pravoslav kafedral kilsəsinə hədiyyə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM