Türkiyənin "Türk Havacılık ve Uzay Sanayii AŞ” (TUSAŞ) şirkətinin meydançasından havaya qalxmış "Atak Faz-2” döyüş helikopteri uğurla ilk uçuşunu etmişdir. Bu barədə Müdafiə Sənayesi İdarəsinin başçısı İsmayıl Dəmir məlumat vermişdir.
Dəmirin dediyinə görə, radioelektron mübarizə sistemləri ilə təchiz olunmuş "Atak Faz-2” helikopterinin təkmilləşdirilmiş modifikasiyası ilk uğurlu uçuşunu keçirmişdir. Sınaqlar başa çatdıqdan sonra, 2020-ci ilin ortalarında helikopterlər hərbi hissələrə göndəriləcək.
"Anadolu” agentliyi xəbər verir ki, idarə Türkiyə təhlükəsilzik qüvvələrinə 53 ədəd "Atak Faz-2” göndərəcək. Planlaşdırıldığına görə, təhlükəsizlik qüvvələri ilk mərhələdə 21 helikopter alacaq.