ABŞ-ın pilotsuz təyyarələri Əfqanıstanın Paktiya əyalətində dinc sakinlərə hücum etmiş, nəticədə 7 nəfər həlak olmuşdur. Bu barədə "Pajvak” agentliyi xəbər verir.
Paktiya əyaləti hökumətinin nümayəndəsi Allahmir Bəhramzuy jurnalistlərə bildirmişdir ki, ABŞ ordusunun pilotsuz təyyarələri Aryu Zazay rayonunda dinc sakinləri bombalamışdır. Ölənlər arasında uşaqlar da var.
ABŞ-ın Əfqanıstandakı qoşunları hadisəyə şərh verməmişdir.