14 Noyabr 2019 19:00
1099
Elm və texnika
A- A+

Tələbələr “AzerGold” QSC tərəfindən keçirilən müsabiqənin qalibi olublar


"AzerGold” QSC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında 2019-cu ildə əməkdaşlığa dair imzalanmış fəaliyyət planına əsasən, şirkət tərəfindən universitetin 15 tələbəsi arasında müsabiqə təşkil olunub. Müsabiqə "AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində yerləşən mövcud konveyer xəttinin alt hissəsindən avtomobil yolunun çəkilməsi” mövzusunda olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə Nəqliyyat fakültəsinin 3 tələbəsi - Nurlan Baxışov, Elmir Əsgərov və Elcan Süleymanlı qalib gəliblər.

Qaliblər şirkətin ofisinə dəvət olunublar. Şirkətin Təmir-tikinti və energetika şöbəsinin baş mühəndisi Zəka Talıbov, İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Valid Əliyev qalib tələbələrin təqdimatlarını dinləyib, onlara mövzu ilə bağlı suallar veriblər. Təqdimat qarşılıqlı müzakirələr şəklində davam edib. Qalib tələbələrin "AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinə ekskursiyaya göndəriləcəkləri bildirilib. Eyni zamanda, seçilən tələbələrin şirkətin tələbə-məzun bazasına düşdükləri, gələcək layihələrdə onlara müraciət oluna biləcəyi vurğulanıb. Tələbələrə Çovdar sahəsi haqqında məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video