Alternative content

14:06 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb
Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:51 14.11.2019

Noyabrın 14-də "Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Şəki şəhərinin, Balakən, Zaqatala və Qax rayonlarının məktəbliləri Lənkərana, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı rayonlarının məktəbliləri isə Astara və Masallı rayonlarına səyahət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıqdan sonra "Xanbulan” İstirahət Mərkəzinə və Hirkan Milli Parkına səyahət ediblər.

Məktəblilərə məlumat verilib ki, Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir və 21 min 435 hektar ərazisi var.

Diqqətə çatdırılıb ki, 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb. Milli Park Hirkan qoruğunun və əlavə olaraq qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESKO-nun tərtib etdiyi "Ümumdünya Mədəni və Təbii İrs Siyahısı”na daxil olması üçün qeydiyyata alınıb.

Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.

Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.

Tur aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişaf tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.

Lənkəran şəhərindəki "Qoşa Qala qapıları”, "Mayak” binası, Bayraq Meydanı, Dairəvi qala, Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.

Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə iki dəfə Sovet İttifaqı Qəhrəmanı H.Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı rayonlarının məktəbliləri isə Astara rayonunda Heydər Əliyev Mərkəzində, "Gənclər evi”ndə, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində, "Yanar bulaq”da və "Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət Rəmzləri Muzeyində, Olimpiya İdman Kompleksində, Uşaq İncəsənət Məktəbində, "ASAN həyat” kompleksində, Viləşçay Su Anbarında və Masallı Sənaye Məhəlləsində olublar.

Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb.

Axşam yeməyindən sonra məktəblilər Lənkərandakı "Şah sarayı”nda onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM