Alternative content

15:23 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:25 14.11.2019
Noyabrın 14-də Bakı Ekspo Mərkəzində "Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev sərgiyə baxış keçirib.

Sərgiyə baxış keçiriləndən sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə verdiyi müsahibədə deyib: "Prezident İlham Əliyevin Sərəncamı ilə 2010-cu il ”Ekologiya ili” elan olundu və Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi də məhz həmin ildən keçirilməyə başladı. Sərginin əsas məqsədi diqqəti ekologiya və ətraf mühit məsələlərinə yönəltməkdən ibarətdir. Onuncu dəfə keçirilən sərgidə indiyədək 500-dən çox şirkət iştirak edib. Əvvəlki illərlə müqayisədə builki sərgiyə maraq daha çoxdur. Budəfəki sərgidə də ekologiya və ətraf mühitin bu və ya digər problemlərini həll etmək üçün qabaqcıl texnologiyalar nümayiş olunur”. Nazir müavini bildirib ki, Azərbaycan az sulu ölkələrdən olduğuna görə işlənmiş suyun emal edilərək yenidən canlandırılıb təkrar istifadə edilməsi bizi çox maraqlandırır. Ümid etməyə dəyər ki, sərgiyə gələn iş adamları da ekologiyanın sağlamlaşdırılması üçün qabaqcıl texnologiyaları əldə edib onları istehsalata tətbiqi barədə düşünəcəklər. "Ekologiya və ətraf mühitlə əlaqədar ən qabaqcıl texnologiyaların bu sərgidə nümayişi və gələcəkdə tətbiqi nəticəsində ölkəmizdə ətraf mühitin sağlamlaşmasına nail olmaq olar”, – deyə F.Əliyev bildirib.

Nazir müavini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar bir gündə ölkə ərazisində 650 min ağacın əkilməsi təşəbbüsünün icrası ilə bağlı hazırlıq işləri barədə də məlumat verib. Bildirib ki, bu nəcib və xeyirxah təşəbbüsün həyata keçirilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir. Bu qədər sayda və bu qədər geniş miqyasda həyata keçirilən ekoloji tədbir ilk dəfə olaraq həyata keçiriləcək. Həmin ağacların təkcə əkilməsi deyil, həm də onlara qulluq edilməsi, boya-başa çatdırılması da diqqət mərkəzində olacaq. Artıq həmin təşəbbüs nəticəsində salınacaq yaşıllıq zonalarının xəritələşməsi həyata keçirilib və həmin zonalarda müvafiq monitorinqlər keçirilməsi də nəzərə tutulub.

Sərgidə 10 ölkədən 60 şirkət sənayenin ən son nailiyyət və innovasiyalarını nümayiş etdirir. Eksponentlərin 17 faizinin əksəriyyətini sərgidə debüt edən xarici iştirakçılar təşkil edir.

"Caspian Ecology” sərgisi ekologiya sektorunun "EcoTech" - tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə və təkrar emal sistemləri, "EcoFood" - ekoloji məhsul və içkilər: fermer məhsulları, sağlam qida, balıqçılıq, "EcoManage" – mühəndis-konsaltinq xidmətləri, texniki dəstək, layihələndirmə, "Recycled Products" – təkrar emal edilmiş materiallardan hazırlanan məişət əşyaları, tullantılar üçün konteynerlərin istehsalçısı, kağız-karton istehsalı, "EcoBuild" – inşaat material və texnologiyaları istiqamətlərini ehtiva edir.

Ənənəvi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin stendində son il ərzində nazirliyin dəstəyi ilə hazırlanmış ətraf mühitin mühafizəsi sahəsində mütərəqqi ekoloji layihələr təqdim edir. Həmçinin Fövqəladə Hallar Nazirliyini, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, "EkoSfera”, IDEA İctimai Birliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərgidə öz stendləri ilə iştirak edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Caspian Ecology” sərgisində də kiçik və orta sahibkarlara dəstək məqsədilə öz stendi ilə iştirak edir. Bu stenddə ekologiya sahəsində fəaliyyət göstərən bir sıra KOB subyektləri öz məhsul və xidmətlərini nümayiş etdirir.

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azergold”, "Azersun Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti, "BP”, "GIZ”, "SOCAR Polymer”, "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və digər şirkət və strukturlar sərginin daimi iştirakçıları sırasındadır. Debütantlar arasında "SOCAR Foster Wheeler Engineering”, "MEVA A.S.” (Çex Respublikası), "DVOKUT-EKPO” MMC (Xorvatiya), "ARC Su Aritma Texnologiyalari” (Türkiyə) və digər şirkətlər yer alır. Sərginin debütantlarının ümumi sayı isə 45 faiz təşkil edir.

Tədbirin sponsoru qismində "Mətanət A”, "BP”, "AIMC” və "Holcim Azerbaijan” şirkətləri çıxış edir.

Sərgini müşayiət edən işgüzar proqramın bir hissəsi olaraq, yerli və xarici iştirakçıları arasında "B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq "Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya təşkil olunub. Bu sessiyanın gedişatında bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşıblar.

Bundan əlavə, Bakı Ekspo Mərkəzinin foyesində "Treş-art” ("Tullantıdan sənətə”) ekspozisiyası nümayiş olunur. Bu ekspozisiya çərçivəsində "Təmiz Şəhər” ASC ilə birlikdə istehsalat tullantılarından hazırlanmış sənət əşyaları sərgilənir. Həmçinin rəssam Aytən Abdullayevanın köhnə jurnal kəsiklərindən hazırlanmış orijinal rəsm əsərləri, Nəzrin Musayevanın polietilen paketlərdən hazırlanmış pannosu və xüsusi olaraq okeanları çirkləndirən plastik kütlələrdən birdəfəlik istifadə problemini ön plana çəkmək məqsədilə Azərbaycan Beynəlxalq Məktəbi "TISA”nın şagirdləri tərəfindən plastik qablardan hazırlanmış 7,5 metrlik nəhəng balina sərginin bir hissəsini təşkil edir.

Beləliklə, "Caspian Ecology” sərgisi aparıcı sənaye iştirakçıları və dövlət qurumları ilə eyni platformada görüşmək üçün imkan yaradan və yeni təchizatçı və tərəfdaşlar ilə tanış olmaq, sərfəli sazişlər imzalamaq üçün mühüm strateji qovşaqdır.

Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers” şirkəti çıxış edir. Bu il sərginin tərəfdaşları arasında "Qafqaz Hotels and Resorts”, "Intourist Hotel” və "Boulevard Hotel” mehmanxanaları, "Greenwich Travel Club” turoperatoru, eləcə də "Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi yer alırlar.

Sərgiyə noyabrın 15-də yekun vurulacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM