Alternative content

11:12 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:25 14.11.2019

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki mübahisələrinin həllinə dair növbəti regional seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq Şəkidə gerçəkləşdirilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Şəki şəhərindəki "ASAN xidmət” mərkəzində keçirilən və seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusuna həsr olunan seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının nümayəndələri, müvafiq məhkəmə orqanlarının təmsilçiləri, eləcə də Şəki və ətraf regionların 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsipləri ilə vətəndaş rahatlığı üçün uğurla fəaliyyət göstərərək ölkəmizin hüdudlarından kənarda da kifayət qədər tanınan və öyrənilən "ASAN xidmət”in digər mərkəzləri kimi, Şəki "ASAN xidmət” mərkəzindəki hərtərəfli şərait tədbirin keyfiyyətlə təşkil olunub keçirilməsinə öz töhfəsini verib.

Seminar-müşavirə MSK katibi Mikayıl Rəhimov, Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov və Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun açılış nitqləri ilə başlayıb.

Sonra tədbir MSK, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsinin təmsilçilərinin seçki mübahisələrinin həlli ilə bağlı müxtəlif aktual məsələlər - "Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, "Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında məruzələri ilə davam edib.

Təqdimatlardan sonra əhatə olunan məsələlər ətrafında aparılan müzakirələrdə iştirakçıların sualları cavablandırılıb və seminar-müşavirə başa çatıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı əsasında seçki mübahisələrinin həllinə dair növbəti regional seminar-müşavirələrin noyabrın 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM