14 Noyabr 2019 16:11
1087
Elm və texnika
A- A+

UNEC İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov İsrailin Sapir Akademik Kollecinin İnnovasiyalar Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Ədalət Muradov rəhbərlik etdiyi universitet barədə məlumat verib. UNEC-də iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasların da tədris olunduğunu deyən rektor bu istiqamətlər üzrə ikili diplom proqramının reallaşdırılmasında maraqlı olduğunu bildirib. Ədalət Muradov UNEC-in ölkədə qida sənayesi və yüngül sənaye sahəsində dizayn ixtisası üzrə ali təhsil verən yeganə universitet olduğunu və bu istiqamətdə xarici təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. Rektor İnnovativ Biznes İnkubatorun fəaliyyətindən də söz açıb, burada startapların həyata keçirilməsi üçün təcrübəli mütəxəssislərə ehtiyac olduğunu bildirib.

Dan Frayfild rəhbərlik etdiyi Sapir Akademik Kolleci haqqında məlumat verib. Dizayn, informasiya texnologiyaları ixtisaslarının tədris metodları və startapların reallaşdırılması ilə bağlı Sapir Akademik Kollecinin təcrübəsini bölüşüb.

Görüşdə iki ali təhsil müəssisəsi arasında texniki və texnoloji ixtisaslar üzrə ikili diplom proqramları, startapların hazırlanması, mentorluq fəaliyyəti təcrübəsinin öyrənilməsi, seminarların, təlimlərin və birgə distant sertifikat proqramlarının reallaşdırılması istiqamətində müzakirələr aparılıb.

Sonra nümayəndə heyəti İnnovativ Biznes İnkubator, UNEC Ekstern və yeni Oxu zalı ilə tanış olublar.

UNEC Eksternin fəaliyyəti barədə məlumat verən Ədalət Muradov hazırda burada distant sertifikat proqramlarının və təlimlərin aparıldığını diqqətə çatdırıb. UNEC Eksternin imkanlarını yüksək qiymətləndirən nümayəndə heyəti birgə distant sertifikat proqramlarının reallaşdırılmasının mümkünlüyünü bildiriblər.

Səfər çərçivəsində nümayəndə heyəti UNEC-in Texnologiya və dizayn fakültəsinin professor-müəllim heyəti və tələbələrlə görüşüb.

Dan Frayfild fakültənin müəllimləri və dizayn ixtisası üzrə təhsil alan tələbələr qarşısında təqdimatla çıxış edib. İsrailli qonaq gündəlik məhsulların dizaynı, onun insanın həyat tərzinə və emosiyalarına təsiri barədə maraqlı açıqlamalar edib, faktlar sadalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video