Alternative content

23:11 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:09 14.11.2019

Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan tərəfdən Gənclər və İdman naziri Azad Rəhimov, Rusiya tərəfdən isə Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Azad Rəhimov Azərbaycanın və Rusiyanın strateji tərəfdaş olduqlarını qeyd edərək deyib: "Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Ölkələrimiz arasında bütün sahələrdə yüksək əməkdaşlıq mövcuddur. Bu Saziş münasibətlərin inkişafında vacib mərhələdir. Əminik ki, müqavilə Rusiya və Azərbaycan gənclərinin daha sıx əməkdaşlığı üçün geniş imkanlar yaradacaq”.

Marina Borovskaya ölkələrimiz arasında gənclər sahəsində mühüm işlərin görüldüyünü bildirib. O, imzalanan müqavilənin gələcəkdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş imkanlar açacağını vurğulayaraq deyib: "Gənclər bizim gələcəyimizdir. Azərbaycan ilə Rusiya arasında gənclər sahəsində əməkdaşlıq bu sahənin inkişafına mühüm töhfələr verir. İnanırıq ki, ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlıq daha da inkişaf edəcək”.

Qeyd edək ki, bu Saziş iki ölkə arasında gənclər sahəsində əməkdaşlığa dair imzalanan ilk sənəddir.

Gənclərlə İş üzrə Şura "Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin gənclərlə iş sahəsində əməkdaşlığına dair” 2005-ci il 25 oktyabr tarixli Sazişin icrası məqsədilə yaradılıb. Üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən ibarət Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM