Alternative content

06:55 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb
UNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb
ANA SƏHİFƏ / Elm və texnika
11:05 14.11.2019

Bu gün ali təhsilin beynəlmiləlləşməsi qloballaşmanın yaratdığı çağırış və ehtiyaclara cavab verir. Milli və ya beynəlxalq səviyyələrdə universitetlərin yeri, eləcə də onların beynəlmiləlləşməsi dərəcəsi təhsilin keyfiyyətində ən vacib amillərdəndir. Beynəlmiləlləşmə təhsilin keyfiyyətini artırır və ali təhsil müəssisələri üçün daha geniş imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən təhsil nazirlərinin iclasında nazir Ceyhun Bayramov söyləyib.

"Qürur hissi ilə bildirirəm ki, Azərbaycanəm dövlət başçısının təsdiqlədiyi "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsasında təhsil sahəsində islahatların hazırlanması, həyata keçirilməsi üçün mühüm addımlar atılır. Bu təməl sənəd təhsil sistemimizə, onun çatışmazlıqları və zəif cəhətlərinə tənqidi baxışın nəticəsidir”, - deyə nazir diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə ali təhsil sisteminin beynəlmiləlləşməsinin gücləndirilməsi istiqamətində səylər artırılıb. Bu sahədə əsas uğurlardan biri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsidir.

Nazir Azərbaycan təhsil sisteminin qlobal mühitə inteqrasiyasından da söz açıb, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, bu proqram çərçivəsində xaricdə təhsil almış azərbaycanlı tələbələrdən danışıb.

O, ölkəmizdə bir sıra ali təhsil müəssisələrinin tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından bəhrələndiyini qeyd edib və ölkəmizdə 10 universitetdə ikili diplom proqramının tətbiq edildiyini diqqətə çatdırıb.

C.Bayramov Strasburq Universitetinin rəhbərlik etdiyi konsorsium ilə əməkdaşlıq nəticəsində yaradılmış Azərbaycan Fransız Universitetinin (UFAZ) bu istiqamətdə uğurlu nümunə olduğunu vurğulayıb və ikili diplom proqramlarının universitetlərarası əlaqələrin təkmilləşməsinə töhfə verdiyin qeyd edib.

O, həmçinin Azərbaycan universitetlərinin Erasmus layihələrindəki iştirakına toxunub. Bu layihə çərçivəsində 2015-2019-cu illərdə 1600-dən çox azərbaycanlı tələbənin müxtəlif Avropa universitetlərində mübadilə keçdiyini qeyd edib. Diqqətə çatdırıb ki, ölkəmizdə təhsil sahəsində görülən bütün tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dünya İqtisadi Forumunun yaydığı "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar” ("Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə qərarlaşıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM