Alternative content

00:43 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib
ANA SƏHİFƏ / SİYASƏT
11:01 14.11.2019

UNESKO Baş Konfransının 40-cı sessiyasında ümumi siyasi debatlar zamanı çıxış edən Ermənistan təhsil və elm naziri Arayik Harutyunyan təxribata əl atıb. O, Dağlıq Qarabağ "xalqı”nın öz təhsil hüququndan istifadə edə bilməməsi və mədəni irs abidələrinin qorunması mövzusuna toxunaraq, Naxçıvanda "erməni qəbirlərinin dağıdılması” kimi yanlış fikirlər söyləyib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyi cavab hüququndan istifadə edib. Müşavir Ayaz Qocayev nümayəndə heyətimizin bəyanatını həmin debatda səsləndirib.

Bəyanatda ölkəmizin ərazisinin 20 faizinin erməni qoşunları tərəfindən işğal olunduğu və bu işğalın uzun illərdir davam etdiyi bildirilib. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq Ermənistan torpaqlarımızı hələ də işğal altında saxlayır. Bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Bəyanatda vurğulanıb ki, Dağlıq Qarabağ "xalqı” yoxdur, Dağlıq Qarabağın uzun zaman sülh və harmoniyada yaşamış azərbaycanlı və erməni icmaları var. Ermənistan tərəfindən aparılmış təcavüz və separatçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın azərbaycanlı icması etnik təmizlənməyə məruz qalıb. Burada yaşamış azərbaycanlılar öz təhsil hüquqlarından istifadə edə bilmədikləri üçün 2030-cu il Davamlı İnkişaf Proqramının məqsədləri həyata keçirilmir.

Sülh və birgə yaşamaq mədəniyyətini aşılamaqda, nifrət nitqinə qarşı mübarizə aparmaqda təhsilin vacibliyi qeyd olunan bəyanatda belə təhsilin ilk növbədə azərbaycanlıların və ermənilərin etnik uyğunsuzluğundan danışan və nasist generallarının şərəfinə abidə ucaldan Ermənistan rəhbərlərinə tətbiq edilməli olduğu vurğulanıb. Yuxarıda sadalanan belə təhlükəli siyasətin beynəlxalq və regional təşkilatlar tərəfindən də tənqid edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, mədəni irsin qorunmasına gəldikdə isə erməni tərəfi ölkəmizin işğal olunmuş ərazilərində Azərbaycanın bütün mədəni irs abidələrini niyyətli şəkildə yerlə-yeksan etməkləri ilə bağlı hesabat verməlidirlər.

Bəyanatın sonunda bildirilib ki, insanların düşüncəsində sülh yaratmaq üçün UNESKO kimi mötəbər təşkilatdan istifadə etməliyik ki, gələcək nəsillər birgə sülh və harmoniyada yaşamaq ideyasından bəhrələnə bilsin.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM