Alternative content

00:43 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan bir çox sahələr üzrə hətta inkişaf etmiş ölkələrdən də öndədir
Azərbaycan bir çox sahələr üzrə hətta inkişaf etmiş ölkələrdən də öndədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:43 14.11.2019


Bunu biz yox, nüfuzlu beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri deyir


Biz yazanda ki Azərbaycanda ardıcıl surətdə, tələsmədən, eyni zamanda yubanmadan aparılan sosial-iqtisadi islahatlar nəticəsiz qalmayıb, ölkənin dinamik inkişafını təmin edir, bizə qloballaşma dövrünün tələbləri ilə nəinki ayaqlaşmağa, hətta onu önləməyə imkan verir, bəziləri ağız büzüb bunu təbliğatın ayağına yazırlar.

Baxmayaraq ki, belələrinin özlərinin də məsələyə qərəzli yanaşmalarını dərk etdiklərinə şübhəmiz yoxdur, bütün hallarda vaxt tapanda onlara cavab vermək lazımdır. Ən azından o üzdən ki, xronoloji qərəz mərəzinə tutulmasınlar, yoxsa dönüb olacaqlar sovet dönəmindəki kimi siyasi iqtisadçılar.

Amma bu dəfə cavabımızı öz rəqəm və mülahizələrimizə deyil, xarici maliyyə qurumlarının və reytinq agentliklərinin hesabatlarına istinadən verəcəyik ki, yenə də bizi təbliğatla məşğul olmaqda ittiham etməyə cəhd göstərməsinlər.

Yox, əgər bu hesabatlara da "qulp” qoysalar, deməli, bizim onları qərəz mərəzindən xilas etmək cəhdimiz əbəsmiş. Beləliklə, artıq hamının qəbul etdiyi məlum fakt: Dünya Bankının "Doing Business 2020” hesabatına görə, Azərbaycan ötən ildə olduğu kimi, bu il də 20 ən islahatçı ölkə sırasındadır. Üstəlik Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib. Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir.

Başqa bir mühüm fakt: "Doing Business 2020” hesabatında Azərbaycan ümumilikdə 190 ölkə arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin alınması üzrə 59-cu, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci, əmlakın qeydiyyatı üzrə 44-cü, kreditlərin alınması üzrə 1-ci, kiçik investorların hüquqlarının müdafiəsi üzrə 105-ci, vergilərin ödənilməsi üzrə 40-cı, sərhəddə ticarət üzrə 83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin həlli indikatoru üzrə 47-cidir. Göründüyü kimi, Azərbaycanın "Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində "Daşınar əmlakın yüklülüyü haqqında” qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklərlə uyğunlaşdırmaların aparılması daha çox səmərə verib.

Əmlakın qeydiyyatına gəldikdə, bu sahədə islahatlar aparmaq üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda və Nazirlər Kabinetinin 134 və 453 nömrəli qərarlarında müvafiq dəyişikliklər edilib. Aparılan islahatlar nəticəsində əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış elektron qaydada verilir. Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müraciət etdikdə çıxarışlar onun istəyindən asılı olaraq 1, 3, 7 və 10 iş günündə hazırlanır. Bundan başqa, daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı müstəqil və xüsusi müraciət mexanizmləri də yaradılıb. Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsi isə bütün xidmətlərin bir pəncərədən göstərilməsini təmin edib.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın bu il apardığı bir sıra islahatların növbəti "Doing Business” hesabatında nəzərə alınması proqnozlaşdırılır. Bunlara misal olaraq tikinti obyektinin inşasına və istismarına icazələrin alınması üzrə elektron müraciət sisteminin tətbiqini, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ilə cəmi 1 prosedurla 20 dəqiqə ərzində vahid platformada qeydiyyatın tamamlanmasını, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi əsasında cəmi 2 prosedurla 20 gün ərzində qoşulmanın həyata keçirilməsini qeyd etmək olar. Əlavə olaraq, "Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi imkanının yaradılması, gömrük bəyannamələrinin doldurulmasının daha da sadələşdirilməsi, dövlət satınalmaları üzrə elektron satınalma portalının yaradılması, Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi və digər yeniliklərin də növbəti "Doing Business” hesabatında nəzərə alınacağı gözlənilir.

O da vurğulanmalıdır ki, aparılan kompleks islahatlar nəticəsində "Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard dollardan çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider ölkəsidir. Bu ilin ilk 9 ayında da qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı üstələyib. Sərmayə cəlbinin artması isə həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir.

Bunlardan savayı, Azərbaycan "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019” hesabatında da daha 14 pillə irəliləyərək 125 ölkə arasında 43-cü yerdə qərarlaşmaqla Baltik ölkələri istisna olmaqla, postsovet məkanında birinci olub. Postsovet məkanında Azərbaycanın ən yaxın izləyiciləri Rusiya 49-cu, Qazaxıstan isə 57-cidir. Xatırladaq ki, ölkəmiz bu indeksə görə 2015-2016-cı illərdə 71-ci, 2017-ci ildə 66-cı və 2018-ci ildə 56-cı yerdə idi. Azərbaycan qlobal istedad rəqabətliliyi indeksinə görə yuxarı orta gəlirli ölkələr arasında top üçlükdə qərarlaşaraq daxil olduğu regionda (Qərbi Asiya və Şimali Afrika ölkələri) yeddincidir.

Məlumat üçün bildirək ki, "Qlobal İstedad Rəqabətliliyi İndeksi” hesabatı altı indikator əsasında hesablanır: istedada yaradılan şərait, istedadın cəlb edilməsi, istedadın inkişafı, istedadın ölkədə qalmasının təmin olunması, peşə və texniki təhsil, yüksək ixtisaslar. Azərbaycanın bu indikatorlar üzrə ən yüksək reytinqi peşə və texniki təhsil (25-ci yer), ən aşağı reytinqi isə istedadın inkişafı (81-ci yer) üzrədir. Digər indikatorlar üzrə vəziyyətimiz belə olub: istedada yaradılan şərait 48-ci, istedadın cəlb edilməsi 44-cü, istedadın ölkədə qalmasının təmin olunması 41-ci və yüksək ixtisaslar 68-ci yer.

"Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019”da Azərbaycan bir sıra sub-indikatorlarda daha öndə olub: ölkəmiz işə götürmənin asanlığı üzrə 1-ci, fəal əmək bazarı siyasəti üzrə 32-ci, işçi-işəgötürən əməkdaşlığı üzrə 30-cu, əməkhaqqının məhsuldarlığa uyğunluğu üzrə 14-cü, birbaşa xarici investisiyalar və texnologiya transferi üzrə 28-ci, istedadların cəlbi üzrə 17-ci, qadınların liderlik imkanları üzrə 34-cü, müəssisə daxilində əməkdaşlıq üzrə 26-cı, müəssisələr arasında əməkdaşlıq üzrə 19-cu, sosial müdafiə 33-cü, istedadların ölkədə saxlanılması 25-ci, həkim sıxlığı 26-cı, orta təhsilli əmək qüvvəsi üzrə 5-ci, orta təhsilli əhali üzrə 4-cü, ixtisaslı işçinin tapılması imkanı üzrə 30-cu, təhsilin iqtisadiyyata uyğunluğu üzrə 33-cü, orta təhsilin əmək bazarına uyğunluğu üzrə 20-ci, ali təhsilin əmək bazarına uyğunluğu üzrə 36-cı, ali təhsilli əhali üzrə 33-cü, alimlərin və mühəndislərin əlçatanlığı üzrə 23-cüdür.

Qeyd edək ki, "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019” hesabatı dünyanın lider universitetlərindən olan INSEAD Biznes Məktəbi, The Adecco Group və Tata Communications tərəfindən hazırlanır.

Amma bunlar da hələ hamısı deyil. Azərbaycan cari il qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 11 pillə üzrə irəliləyərək 141 ölkə arasında 58-ci olub. Ölkəmiz bu mərtəbəyə il ərzində 2,7 bal toplayaraq 62,7 balla yüksəlib. Real sektorun digər sahələri üzrə də ölkəmizin reytinqi xeyli yüksəkdir. Məsələn, bəzilərinə təəccüblü gəlsə də, Azərbaycan "Avianəqliyyat xidmətlərinin səmərəliliyi”ndə 129 ölkəni geridə qoyaraq 12-ci olub. Baxın görün bu sahə üzrə bizdən geridə hansı ölkələr var: Belçika (19-cu), Avstraliya (23-cü), Fransa (24-cü), Almaniya (28-ci), Türkiyə (31-ci), Kanada (37-ci), yaxın qonşularımızdan Rusiya (52-ci), Gürcüstan (86-cı), İran (132-ci) və s.

Azərbaycan "Dəniz limanları xidmətlərinin səmərəliliyi” indeksinə görə də öndədir. Bu sahədə dünya üzrə 25-ci olan ölkəmiz MDB-də birincidir. Avtomobil yolları infrastrukturuna görə isə 27-ci olaraq Böyük Britaniya, İtaliya, Türkiyə, Litva kimi ölkələri geridə qoymuşuq. Bütün dünyada keyfiyyətli avtobanları ilə ad qazanmış Almaniya isə Azərbaycanı cəmi 5 pillə üstələyə bilib.

Bax belə! Göründüyü kimi, biz rəqəmləri, göstəriciləri olduğu kimi - şərhsiz-flansız təqdim etdik. Onların arasında öyünüləsi də var, bizi qane etməyənləri də. Hər ikisi də reallıqdan xəbər verir. O reallıqdan ki, onların nə artıq təbliğata ehtiyacı var, nə də qərəzli mövqedən təftiş olunmağa.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM