Alternative content

00:48 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadiyyatımızın uğurları tarazlı və çoxşaxəli inkişafdan qaynaqlanır
İqtisadiyyatımızın uğurları tarazlı və çoxşaxəli inkişafdan qaynaqlanır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 14.11.2019


Son 15 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkəmizin xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə, dünyada 9-cu yerdəyik. Bu və digər nailiyyətlər Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətə əsaslanır.

Azərbaycan iqtisadiyyatının inkişafının önəmli cəhəti odur ki, bu inkişaf çoxşaxəlidir, bütün sahələri əhatə edir. Hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramı qəbul olundu. Bu, həmin vaxt reallaşmaqda olan, yeni-yeni bəhrələr verən neft strategiyası ilə yanaşı, digər sahələrin də inkişafına istiqamətlənən fəaliyyət proqramı idi.

2005-ci ildə "Əsrin müqaviləsi” öz kulminasiya nöqtəsinə çatdı - "Azəri-Çıraq-Günəşli” blokunun ən böyük yatağı olan "Azəri”dən neft alındı. Həmin il Bakı-Tbilisi-Ceyhan boru xəttinə ilk neft vuruldu. 2006-cı ilin yayında kəmər tam sistem kimi istifadəyə verildi və bundan sonra ölkəmizin gəlirləri daha da artmağa başladı.

Azərbaycanın bu layihələri həyata keçirərkən yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələri daha böyük işlərə yol açdı. Ölkəmiz bütün dünyada etibarlı tərəfdaş kimi tanındı.

Təsadüfi deyil ki, indiyədək Azərbaycana 270 milyard dollardan çox investisiya yönəldilib ki, bunun da yarısı xarici sərmayədir.

Azərbaycan dövləti öz iqtisadi siyasətində hərtərəfli inkişafı əsas götürdü. Neft-qaz, ixrac layihələri ilə yanaşı, digər sahələrə də diqqət artırıldı. Həm də neftdən və qazdan əldə olunan gəlirdən səmərəli istifadə edilərək digər sahələr dirçəldildi. Neft gəlirləri ən ümdə problemlərin həllinə yönəldildi. İlk növbədə vəsait məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasına xərcləndi. Su probleminin həllinə, digər infrastruktur layihələrinin həyata keçirilməsinə vəsait ayrıldı.

Azərbaycanın qazandığı uğurlar ondan qaynaqlanır ki, iqtisadiyyat tarazlı şəkildə inkişaf edir. Təkcə paytaxt və digər iri şəhərlər deyil, demək olar ki, bütün bölgələr yeni inkişaf mərhələsinə qədəm qoydu. Regionların inkişafına yönəldilən dövlət proqramları bu məsələdə önəmli rol oynadı. Proqramlar çərçivəsində həyata keçirilən çoxsaylı layihələr sayəsində bölgələrin qaz, su, işıq, yol problemləri həll olundu. Bu da iqtisadiyyatın inkişafına təkan verdi. Rayonlarda bir-birinin ardınca müəssisələr açıldı. Bu isə həm iqtisadiyyatın inkişafı, həm də sosial həyatın canlanması, insanların məşğulluğunun həlli, güzəranının yaxşılaşması deməkdir.

Son illərdə aqrar sahəyə ayrılan diqqət, tənəzzülə uğramış, az qala unudulmuş kənd təsərrüfatı sahələrinin dirçəldilməsi iqtisadiyyatın inkişafına təkan verən ümdə məsələdir. Prezident İlham Əliyevin ölkənin müxtəlif bölgələrində pambıq, barama, tütün, fındıq, çay, çəltik, sitrus meyvələrinin və digər kənd təsərrüfatı bitkilərinin istehsalına dair keçirdiyi müşavirələr aqrar sahədə həlli vacib məsələlərə köklü bir baxış rolunu oynadı. Kənd təsərrüfatı sahələrinin keçmiş şöhrətinin özünə qaytarılması nəticəsində aqrar sektor ildən-ilə irəliləyir. Təkcə bu ilin ilk 9 ayında kənd təsərrüfatında 7 faizdən çox artım olub. Kənd təsərrüfatı məhsulları artdıqca, yeni müəssisələrin yaradılması məsələsi də gündəmə gəlir. Yeni fındıq bağları bar verdikcə bölgələrdə fındıqtəmizləmə sexi, yaxud zavodunun, üzümçülük genişləndirildikcə bu sahəyə aid emal müəssisələrinin açılması zərurəti yaranır. Eyni tələb pambıqçılıqla məşğul olan və digər kənd təsərrüfatı məhsulları yetişdirilən rayonlarda da ortaya çıxır.

Bu istiqamətdə də mühüm addımlar atılır. Son 15 ildə açılan yeni iş yerlərinin çox hissəsi regionların payına düşür. Bu, təbii ki, yeni müəssisələrin, xidmət obyektlərinin işə salınması, sahibkarlığın inkişafı sayəsində baş verir.

Azərbaycanda yoxsulluq səviyyəsinin 5 faizə enməsi də görülən ardıcıl tədbirlərin nəticəsidir. Bu elə göstəricidir ki, ona dünyanın bir çox ölkələri həsəd apara bilər.

Lakin yoxsulluğun olmaması təkcə o demək deyil ki, hər ailəyə qazanc gəlir. Yoxsulluğun minimuma enməsi həm də o deməkdir ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə çatır. Ölkədə ölüm hallarının sayı son illərdə ya azalır, ya da sabit qalır. Bu da tutarlı göstəricidir, bir sıra müsbət amillərlə yanaşı, əhalinin sağlamlığına göstərilən qayğının nəticəsidir. Yeri gəlmişkən: bəlkə ikinci elə bir ölkə göstərmək çətin olar ki, orada dövlət başçısının göstərişinə əsasən bütün əhali ödəniş etmədən ildə bir dəfə tam tibbi müayinədən keçirilsin. Son 15 ildə Azərbaycanda 3200-dən çox məktəbin, 640-dan çox xəstəxana və tibb müəssisəsinin tikilməsi, yaxud təmir edilməsi deyilənlərin rəqəmlərdə təsdiqidir.

Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırılıb. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır. Hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır. Yüz minlərlə məcburi köçkün pulsuz ev və mənzillərlə təmin edilmişdir. Məcburi köçkün ailələrinə orta hesabla 180 dollar ekvivalentində aylıq müavinət verilir.

Bununla yanaşı, dövlət çalışır ki, hər ailənin özünün qazancı olsun. Məşğulluq probleminin daim gündəmdə qalması, həmin istiqamətdə görülən tədbirlərin davamlı olması da bunu göstərir. Əhalinin, xüsusilə kənd yerlərində insanların özünüməşğulluqla əhatə olunması üçün geniş tədbirlər görülür. Getdikcə daha çox insan özünüməşğulluğa cəlb olunur, arıçılıq, quşçuluq, bağçılıq və digər sahələrdəki fəaliyyətdən qazanc götürür. Ailəliklə bu qaydada çalışanlar da az deyil.

Ölkənin ərazisində çəkilən, yaxud əsaslı təmir olunan minlərlə kilometr magistral, eləcə də rayonları və kəndləri birləşdirən yollar insanlar üçün rahatlıq yaradıb. O cümlədən, indi kəndli yetişdirdiyi məhsulu rayon mərkəzindəki, yaxud istənilən şəhərdəki bazarlara çatdırmaqda çətinlik çəkmir. Yol həm də turizmin inkişafı üçün mühüm şərtlərdən biridir. Məhz yeni yolların rəvanlığı yurdumuzun illərlə gözdən-könüldən uzaq düşən bir sıra guşələrinin bu gün turizm mərkəzlərinə çevrilməsinə səbəb olub.

Bütün bu proseslər bir-birinə bağlı şəkildə həyata keçirilir və dayanmayan, irəliyə doğru gedən ümumi inkişafı şərtləndirir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM