14 Noyabr 2019 00:37
441
SİYASƏT
A- A+

Ermənistanda miqrasiya ciddi problemə çevrilib


Hazırda Ermənistan üçün hələ də ən aktual problemlərdən biri ölkə əhalisinin xarici ölkələrə köçünün davam etməsidir. Miqrasiya prosesinin indiki templə davam edəcəyi təqdirdə Ermənistanın əhalisiz ölkəyə çevriləcəyi özlərinin sosioloqları tərəfindən də açıq etiraf olunur. Belə hesab edilir ki, real şəraitdə Ermənistanın ümumi təhlükəsizliyinə xələl gətirən əsas hallardan biri məhz əhalinin ölkəni tərk etməsidir.

Mövcud iqtidar da bu cür sosial-iqtisadi şərait fonunda miqrasiyanın qarşısının alınmasında artıq aciz olduğunu nümayiş etdirir. Ermənistanda belə bir fikir hakimdir ki, Nikol Paşinyan hökuməti hakimiyyətdə olduğu müddət ərzində digər çətinliklər kimi, miqrasiya problemi də öz həllini tapmayacaq.

Bu ilin ilk on ayı üçün aparılan hesablamalara görə, ölkədən miqrasiya edənlərin sayının artdığı məlum olub. Ermənistan hökumətinin rəsmi "Facebook” səhifəsində ölkənin Miqrasiya Xidmətinə istinadən paylaşılan statistikaya görə, ölkədən əhalinin köçü davam edir.

Ermənistanın baş naziri Nikol Paşinyan 2050-ci ilə qədər ölkə əhalisinin sayının 5 milyon nəfər olmasını strateji planı kimi açıqlayıb. Hazırda ölkə əhalisi 2,9 milyondur. İqtisadçılar isə hökumətin və Paşinyanın dediklərinə şübhəli yanaşırlar. Onlar bildiriblər ki, Ermənistandan işçi axını azalmır, əksinə, dayanmadan artır.

Erməni iqtisadçısı Tadevos Avetisyan deyib ki, təkcə son üç ay ərzində əmək bazarında 51500 nəfər işsiz azalıb. Bu tendensiya, əsasən, mühacirətin nəticəsidir. Yalnız son bir neçə ay ərzində rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi başqa ölkələrdə iş taparaq Ermənistanı tərk edib. İşsizlər daha yaxşı bir həyat axtarışı üçün ölkəni tərk edirlər.

Milli Statistika Xidmətinin məlumatına görə, Ermənistan əhalisi azalmaqda davam edir: əhalinin sayı cari ilin oktyabr ayının 1-i ötən ilin doqquz ayı ilə müqayisədə 11,700 nəfər azalaraq 2.957.500 nəfər olub, 2017-ci ilin eyni dövrü ilə müqayisədə isə ölkə əhalisi 22,1 min nəfər azalıb.

"Joxovurd” qəzeti yazır ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra da qalan mövcud problemlər əhalinin yaşayış səviyyəsini minimuma endirib. Aparılan qeyri-konstruktiv siyasət nəticəsində bütün beynəlxalq enerji, neft-qaz layihələrindən kənarda qalan Ermənistan indi yalnız ianələrə ümid bəsləyir. Əyalət sakinləri deyirlər ki, dünyadakı maliyyə böhranı problemləri səbəbindən xaricdə yaşayan yaxınlarından da yardımlar kəsilib. Bu faktı statistika xidməti də təsdiqləyir. Məlumata əsasən, Ermənistana pul transferlərinin həcmi üç ildir azalan temp üzrə davam edir. Qeyd olunur ki, hər il ölkəni tərk edənlər sırasında yer alan 10 minlərlə vətəndaş sonradan geri qayıtmır. Onların əksəriyyəti 18-65 yaş arasında olan insanlardır. Bu proses davam etsə, bir neçə ildən sonra Ermənistan əhalisinin sayı bir milyondan da az olacaq.

Ermənistanda əksər hallarda kişilər evlərini tərk edir, bütöv kəndlər qadınların öhdəsinə qalır. Qeyd olunur ki, kişilərin ailələrini saxlamaq üçün yeganə pul qazanmaq yolu Rusiyaya getməkdir. Kişilər ölkəni tərk etdiyindən, kəndlərdəki qadınlar onların əvəzinə ağır işlərlə məşğul olurlar. Lakin daha böyük problemlər də var. Rəsmi məlumatlara görə, Ermənistanda işsizlik 7 faizə yaxındır. Lakin müxalifətin fikrincə, bu, reallıqdan çox uzaqdır. İşsizlik müavinətləri çox aşağı olduğundan əksər işsizlər qeydiyyatdan keçmirlər. Beləliklə, real rəqəmin 30-40 faizə yaxın olduğu bildirilir. Hüquq müdafiəçilərinin və müxalifət partiyalarının hesablamalarına görə, hər il 100 minə yaxın şəxs ölkəni tərk edir.

Araşdırmalar göstərir ki, hətta işğal altında olan Dağlıq Qarabağda da mövcud erməni əhalisinin sayında azalma baş verir. Ölənlərin sayı doğulanlardan çoxdur. Kütləvi işsizlik, ağır sosial-iqtisadi vəziyyət buradakı erməni əhalisini də xarici ölkələrə üz tutmağa məcbur edir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video