Alternative content

01:55 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
ANA SƏHİFƏ / SİYASƏT
00:37 14.11.2019


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı Paşinyana cavab olaraq səsləndirdiyi "Qarabağ Azərbaycandır!” cümləsinin həkk olunduğu lövhə hazırlayıb.

Aİİ heyəti həmin lövhəni 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər zamanı Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidinin önündə açıblar.

Qeyd edək ki, Aİİ kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri zamanı "Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, kənd məktəbini də ziyarət ediblər. Eyni zamanda, Cocuq Mərcanlı Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

İnstitutun rektoru Ceyhun Məmmədov xalqımızın istiqlal mübarizəsinin və dövlətçiliyimizin rəmzi olan Azərbaycan bayrağına həsr olunan bayram günü ilə bağlı iştirakçıları təbrik edərək bildirib ki, hər bir ölkənin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olan bayraq onun dövlət atributudur. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mübarizəsinin, təfəkkür və düşüncə tərzinin ən bariz ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığı, istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini, ölkənin suverenliyini və yüksəlişini tərənnüm edən üçrəngli dövlət bayrağımız hər bir vətənpərvər azərbaycanlının qürur mənbəyidir.


Azərbaycan xalqı ermənilərin Dağlıq Qarabağda dağıtdığı dini abidələri ürəyində yaşadır


C.Məmmədov diqqətə çatdırıb ki, hər bir Azərbaycan vətəndaşı bayrağımızın ən uca zirvələrdə dalğalanmasına öz töhfəsini verməlidir. Rektor Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, bu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib.

Aİİ rektoru qeyd edib ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib.

Azərbaycan xalqı ermənilərin Dağlıq Qarabağda dağıtdığı dini abidələri ürəyində yaşadır. Gənclərə xitabən "Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir” deyə səslənən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib. Rektor vurğulayıb ki, hazırda bu bayrağın ətrafında birləşmişik. Millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, sarsılmaz və yenilməzliyinin rəmzi olan bayrağımız gənclərimizə əmanətdir.


Prezidentin Cocuq Mərcanlıda yürütdüyü uğurlu siyasət


Daha sonra C.Məmmədov rəhbərlik etdiyi institut haqqında ümumi məlumat verərək, təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradıldığını qeyd edib. C.Məmmədov bildirib ki, institut keyfiyyətli tədrislə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə də xüsusi önəm verir. Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə vermək olduğunu qeyd edən Aİİ rektoru gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün institutda maarifləndirici tədbirlər silsiləsinin davam etdiriləcəyini nəzərə çatdırıb.

Səfər zamanı institut heyəti, həmçinin Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi ilə tanış olub, axund Elman Piriyev ilə söhbət aparıblar. Bildirilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadət ocağında dindarlar üçün hər cür şərait yaradılıb.

Məscidi ziyarətdən sonra institut heyəti ərazini gəzib, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndi ilə bağlı yürütdüyü siyasətin nəticəsi olaraq, burada aparılan abadlıq, tikinti-quruculuq işlərinin şahidi olub, kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibətilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM