Alternative content

00:47 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən ay İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciət edib
Ötən ay İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciət edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:35 14.11.2019


Onların 132-si ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 252-si telefon vasitəsilə olunub. Daxil olan müraciətlərin 130-u müayinə, müalicə və cərrahi əməliyyatlar, 51-i əlillik məsələləri, 30-u işə qəbul və əmək münasibətləri, 13-ü ambulator dərman təminatı, 18-i tibbi xidmətlər üzrə ödənişlər və 27-si digər mövzuları əhatə edib.

Telefon vasitəsilə daxil olan sorğu xarakterli müraciətlərin 115-i icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi və sığorta haqları, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.

Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Agentliyin fəaliyyətinə aid olmayan müraciətlər isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.

Qəbul qrafikinə uyğun olaraq oktyabr ayında agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 31 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən tibbi sərfin qarşılanması, ambulator dərman vasitələri və işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM