Alternative content

01:26 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gözdən əlillərin sosial müdafiəsi gücləndirilir
Gözdən əlillərin sosial müdafiəsi gücləndirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:35 14.11.2019


Azərbaycanda ildən-ilə güclənən sosial müdafiə tədbirlərinin əhatə etdiyi həssas əhali qruplarından biri də gözdən əlil şəxslərdir. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı gözdən əlilliyi olan vətəndaşların da sosial təminatı və reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına şərait yaradıb.

Təkcə son illər belə şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilib. Dövlət başçısının 11 iyun 2019-cu il tarixli sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla bu istiqamətdə növbəti addımın atılmasına imkan verib. Sərəncama əsasən, Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılması nəzərdə tutulur. Müvafiq layihə-smeta sənədlərinin hazırlanması işlərindən sonra paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.

Bu cür şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində aparılan işlərdə Heydər Əliyev Fondu tərəfindən mühüm dəstək göstərilir. Fondun müvafiq layihəsi çərçivəsində ayrı-ayrı bölgələrdə (Naxçıvan, Gəncə və Yevlax) yaradılan regional informasiya mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmasına xidmət edir.

Bakının Zabrat qəsəbəsində istifadəyə verilən yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi isə reabilitasiyayönümlü sosial xidmətlərin təşkilində mühüm əhəmiyyət daşıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin də reabilitasiya məqsədli sosial xidmətlərlə təminatı üçün müvafiq işlər aparılır. Bu işlərin daha da genişləndirilməsi məqsədilə bu il görmə imkanları məhdud uşaqlar üçün daha 2 sosial reabilitasiya mərkəzi yaradılıb və hazırda 3 belə mərkəz fəaliyyət göstərir.

Adıçəkilən nazirlik tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunurlar. Keçən il reallaşan sosial islahatlar çərçivəsində bu müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması, minimum pensiya məbləğinin 200 manata çatdırılması təmin edilib. Həmçinin 1-ci dərəcə gözdən əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin (50 manat) aylıq təqaüdü təsis olunub. Bununla yanaşı, pensiya qanunvericiliyində I qrup əlilliyi olanlar (o cümlədən gözdən əlilliyi olanlar) üçün tələb edilən sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında bir sıra güzəştlər nəzərdə tutulub.

Sağlamlıq imkanları məhdud uşaqlar, o cümlədən görmə imkanları məhdudluğu səbəbi ilə bu kateqoriyadan olan uşaqlara yönələn aylıq müavinət də bu il 83 faiz artırılaraq 150 manata çatdırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub.

Eyni zamanda, Prezidentin 3 may 2019-cu il tarixli sərəncamı ilə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, o cümlədən bu kateqoriyalardan olan görmə imkanları məhdud insanların da ali təhsil müəssisələrində təhsil müddəti ərzində təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzinə istifadəyə verildiyi vaxtdan indiyədək 1800-ə yaxın gənc qəbul olunub ki, onlardan da bir qismi görmə imkanı məhdud şəxslərdir. Hazırda mərkəzdə peşə təlimində olan 135 gəncin də bir qismi məhz görmə imkanı məhdud gənclərdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM