Alternative content

07:40 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəkərli diabetə qarşı dövlət səviyyəsində mübarizə aparılır
Şəkərli diabetə qarşı dövlət səviyyəsində mübarizə aparılır
ANA SƏHİFƏ / Səhiyyə
00:34 14.11.2019


İnsan sağlamlığına törətdiyi ciddi təhlükə ilə bağlı artan narahatlığa cavab olaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 23 dekabr 2006-cı il tarixli qətnaməsi ilə 14 noyabr Ümumdünya diabet günü kimi qeyd edilir.

Məqsəd dünya ölkələri rəhbərlərinin, səhiyyə sisteminin, QHT-lərin, dünya ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin bəşəri bəlaya çevrilmiş şəkərli diabet xəstəliyinin müalicəsinə, bu xəstəliyi daşıyan insanların həyat keyfiyyətinin, iş fəaliyyətinin yaxşılaşdırılmasına hər cür kömək göstərməkdir. Ümumdünya diabet gününün mühüm cəhətlərindən biri də əhalini bu xəstəliyin yaranma səbəbləri və onun qarşısının alınmasında vacib olan amillərlə maarifləndirməkdir.

Dünyada, eləcə də ölkəmizdə ən çox yayılan xəstəliklərdən biri də şəkərli diabetdir. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, bu gün dünyada 393 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir. Ən pisi odur ki, bir o qədər də insan bu xəstəliyin daşıyıcısı və ya ona meyillilik qrupunda olduğu halda bundan xəbərsizdir. Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmamaq, qeyri-sağlam həyat tərzi artıq çəkiyə səbəb olur. Bu da şəkərli diabetin yaranmasına gətirib çıxarır.

Respublikamızda 212 min 670 nəfərdən çox adam şəkərli diabetlə qeydiyyatdadır, onlardan 1300 nəfəri uşaq və yeniyetmələrdir. Xəstəliyin artımını müqayisə etmək üçün 2005-ci ilə olan statistikaya nəzər salsaq görərik ki, o vaxt cəmi 56 min nəfər şəkərli diabet xəstəsi olduğu halda indi bu rəqəm 4 dəfə çoxdur. Mütəxəssislərin fikrincə, bu xəstəlik tamam başqa xəstəliklə əlaqədar həkimə müraciət edildikdə aşkarlanır, amma o vaxta qədər bu xəstəlik insan sağlamlığına öz zərərini vurur. Ona görə də xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün hər bir insan öz sağlamlığına biganə qalmamalı, vaxtında müalicə müəssisələrində özünü yoxlatmalı və müayinədən keçməlidir. Tibbi araşdırmalara görə, şəkərli diabetə meyilli olan insanlar qabaqlayıcı tədbirlər görməklə bu xəstəliyə tutulmaqdan xilas ola bilirlər. Həmin xəstəliklə əlaqədar pasiyentə nə qədər tez diaqnoz qoyularsa, müalicə tez başlanarsa, ağır və çox xərc tələb edən fəsadlar xeyli azalar.

MDB məkanında ilk dəfə Prezident İlham Əliyevin 23 dekabr 2003-cü il tarixli sərəncamı ilə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu qanun ölkəmizdə şəkərli diabetə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, onun profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlətin təminatlı yardım tədbirləri mütəmadi olaraq həyata keçirilir, onların müayinə və müalicəsi təşkil olunur. Şəkərli diabet üzrə Dövlət Proqramı, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin reyestri, müayinə və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi, tibbi yardım və əmək hüquqları bu qanunla tənzimlənir. Hətta bu məsələdə beynəlxalq əməkdaşlıq da nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti şəkərli xəstələrə dövlət qayğısının təşkili qaydalarını tənzimləyir. Hökumət "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”, eləcə də "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası” haqqında qərar verib.

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2004-cü il 12 fevral tarixli fərmanının icrası məqsədilə Nazirlər Kabineti tərəfindən "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”, həmçinin "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası” təsdiq edilib.

Şəkərli diabet xəstələrinə dövlət qayğısını özündə əks etdirən dövlət proqramları (3 dəfə, hər biri 5 ilə hesablanmış) təsdiq olunub. Bu sənədlərin icrası məqsədilə hər il dövlət büdcəsindən ünvanlı olaraq vəsait ayrılır. Bu vəsait bilavasitə Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş xərclər bölməsinə yönəldilir. Həyata keçirilən tədbirlər nəticəsində respublikada belə xəstələrin insulin və şəkərsalıcı dərmanlarla təminatında müsbət irəliləyiş yaranıb, 92 nəfər şəkər xəstəsi olan uşaq pompa insulin müalicəsinə keçirilib.

Ekspertlərin fikrincə, diabetin ağırlaşmasından yaranan fəsadların müalicəsinə, onun tam və keyfiyyətli profilaktik tədbirlərinə 5 dəfə çox xərc çəkilir. Əks halda xəstələrdə görmə qabiliyyətinin itirilməsi, ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı, ətraf hissələrin amputasiyası kimi fəsadlar daha da güclənə bilir. Diabetin fəsadlarının qarşısının alınması üçün daimi özünənəzarət və keyfiyyətli kompleks müalicə vacibdir.

Şəkər xəstələrinin 90 faizi ikinci qrupa aiddir. Təcrübədən və müşahidələrdən bəlli olub ki, sağlam həyat tərzi və müvafiq qabaqlayıcı tədbirlər gördükdə onların 70 faizində bu xəstəlik həyat tərzinə çevrilir və uzun ömür sürə bilirlər. Xəstəliyin tam idarə olunması üçün müvafiq özünənəzarətə, keyfiyyətli, standartlara uyğun müalicənin yerinə yetirilməsinə, fiziki fəallıq, sağlam qidalanma və maariflənməyə riayət edilməlidir. Şəkərli diabet xəstəliyində özünənəzarətə daha ciddi riayət olunmalıdır, çünki müəyyən edilmiş müalicə rejimindən bir qədər kənara çıxdıqda qanda şəkərin səviyyəsi arta bilir, onun çox olub bu səviyyədə qalması isə gələcəkdə mütləq ağırlaşmalara gətirib çıxarır. Şəkərin səviyyəsinin nəzarəti isə xəstə tərəfindən mütəmadi yoxlanılmalıdır. Respublikamızda yuxarıda söylənilən tövsiyələrə riayət edən, vaxtilə xəstəliyi çox ağır keçən, insulin tələbli bir neçə ikinci qrup şəkərli diabet xəstəsi hazırda heç bir dərman qəbul etmədən gümrah həyat tərzi yaşayır. Bu, hamıya örnək olmalıdır.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM