Alternative content

23:59 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anyes Boliviyanın müvəqqəti Prezidentidir
Anyes Boliviyanın müvəqqəti Prezidentidir
ANA SƏHİFƏ / DÜNYA
17:49 13.11.2019


Boliviyada Senatorlar Palatasının ikinci vitse-spikeri, müxalif siyasətçi Janin Anyes özünü müvəqqəti Prezident elan etmişdir. Hərçənd o, qanunvericilik orqanında səs çoxluğu qazana bilməmişdi.

Qanunvericiliyə görə, Prezidentin səlahiyyətlərini icra edən şəxs 90 gün ərzində növbədənkənar prezident seçkiləri keçirməlidir. Evo Moralesin "Sosilaizmə doğru hərəkat” partiyasının nümayəndələri parlamentin iclasında iştirak etmədiyindən Anyes səsvermənin nəticəsinə görə lazımi qədər səs toplamamışdır.

Anyesin dediyinə görə, o, qanunvericiliyə uyğun olaraq, Prezident, vitse-prezident və Senatorlar Palatasının spikeri olmadığı halda müvəqqəti Prezident vəzifəsini tuta bilər. Vitse-spiker bildirmişdir ki, ölkədə sülhün bərqərar olması və qısa müddətdə prezident seçkilərinin keçirilməsi üçün əlindən gələni edəcək.

Anyes Boliviya Prezidenti Administrasiyasının binasına əlində Bibliya ilə daxil olmuşdur. O demişdir ki, "Bibliya yenidən Prezident Sarayına qayıtdı”.

Son məlumata görə, Boliviya Konstitusiya Məhkəməsi Janin Anyesin müvəqqəti prezidentliyini təsdiqləmişdir.

Xatırladaq ki, Boliviyada ötən ayın 20-də keçirilmiş prezident seçkilərindən sonra Moralesin qələbə qazandığı elan olunmuşdur. Bundan sonra kütləvi etirazlar başlamışdır. Noyabrın 11-də iğtişaşlar fonunda hərbçilərin təzyiqi ilə ölkə rəhbəri istefaya getmək məcburiyyətində qalmışdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM