13 Noyabr 2019 17:47
512
DÜNYA
A- A+

Dünyanın 1 milyard sakini işıqsız yaşayır

Bütün dünyada 1 milyard nəfərə yaxın adam elektrik enerjisindən məhrumdur. Bu fakt "World Energy Outlook” beynəlxalq energetika agentliyinin illik hesabatında yer almışdır.

İşıqsız qalanların 600 milyonu Saxaranın cənubunda, Afrika ölkələrində yaşayır. Agentliyin ekspertləri qeyd edirlər ki, vəziyyətdə ciddi dəyişikliklər olmasa, yaxın on il ərzində bu rəqəm cüzi azalacaq və 530 milyon təşkil edəcək, bundan sonra isə yenidən əvvəlki göstəriciyə qayıda bilər.

Məlumata görə, 2030-cu ildə regionun əhalisinin 36 faizi işıqsız yaşayacaq. Onların dörddə üçü şəhərlərdən kənarda məskunlaşıb.

Bu rəqəmlər həmin regionda əhalinin artması ilə əlaqədardır. Artım zəruri infrastrukturun yaradılması prosesini qabaqlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video