13 Noyabr 2019 17:33
406
CƏMİYYƏT
A- A+

Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib


Qarışdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramına çərçivəsində seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda növbəti seminar-müşavirə noyabrın 13-də Gəncədə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması və bu istiqamətdə atılan addımların səmərəliliyinin daha da yüksəldilməsidir.

Seminar-müşavirədə MSK katibi Mikayıl Rəhimov, Ali Məhkəmənin hakimi Rahib Nəbizadə, MSK üzvü Fuad Cavadov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov çıxış ediblər.

Sonra MSK, Ali Məhkəmə və Gəncə Apellyasiya Məhkəməsinin təmsilçiləri tərəfindən "Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, "Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib və məruzələr dinlənilib.

Region üzrə 26 seçki dairəsi - 37 saylı Nizami I (Gəncə), 38 saylı Nizami II (Gəncə), 39 saylı Kəpəz I (Gəncə), 40 saylı Kəpəz II (Gəncə), 48 saylı Yevlax, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Füzuli, 91 saylı Ucar, 92 saylı Zərdab-Ucar, 93 saylı Bərdə şəhər, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir-Daşkəsən, 101 saylı Göygöl-Daşkəsən, 102 saylı Samux-Şəmkir, 103 saylı Gədəbəy, 104 saylı Gədəbəy-Tovuz, 105 saylı Tovuz, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax, 108 saylı Ağstafa və 119 saylı Ağdam kənd seçki dairələri dairə seçki komissiyalarının sədrlərinin qatıldığı tədbirin yekununda seçki mübahisələrinin həlli ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, seçki mübahisələrinin həllinə həsr olunan layihə çərçivəsində növbəti seminar-müşavirələr noyabrın 14-də Şəkidə, 15-də Şirvanda və 18-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video