13 Noyabr 2019 17:26
994
Təhsil
A- A+

Təhsil nazirinin Fransaya səfəri davam edir


Təhsil naziri Ceyhun Bayramov UNESKO-nun 40-cı Baş konfransında iştirak etmək məqsədilə Fransada səfərdədir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 13-də C.Bayramov UNESKO-nun "Ələddin” layihəsi və Holokost Muzeyinin birgə təşkil etdiyi "Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən nazir Azərbaycanda müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmət münasibətlərindən danışıb, bu ənənələrin davam və inkişaf etdirilməsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Təhsil naziri multikulturalizm ənənələrinin gənc nəslə çatdırılması məqsədilə məktəblərdə tolerantlıq və qarşılıqlı hörmət anlayışlarının müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırıldığını, eləcə də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində "Multikulturalizmin əsasları”, magistratura səviyyəsində isə "Azərbaycanda multikulturalizm” fənlərinin tədris olunduğunu qeyd edib.

Nazir, həmçinin Azərbaycanın ekstremizmdən əziyyət çəkməsi, ölkənin suveren ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Xocalıda dinc əhalinin soyqırıma məruz qalması faktlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Fransa, Bolqarıstan, Tunis, Serbiya, Uqanda, Mali, İsveç Krallığının təhsil nazirləri, UNESKO-nun keçmiş Baş direktoru İrina Bokova və Fransanın sabiq Baş Naziri Jan-Pier Raffarin iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video