13 Noyabr 2019 17:22
436
CƏMİYYƏT
A- A+

Qubadlı məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şimal bölgəsinə səyahətə çıxıblar


Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında start götürən maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə Qubadlı məktəbliləri də qoşulub.

AZƏRTAC xəbər verir ki, tur-aksiyada Qubadlı rayon məktəbliləri arasında biliyi və istedadı ilə seçilən nümunəvi 20 məktəbli 2 nəfər müşayiətçinin rəhbərliyi ilə dörd gün müddətinə Quba, Qusar və Xaçmaz rayonlarına ekskursiyaya çıxıblar.

Yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva uşaqların inkişafında "Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışaraq, dövlət başçısının gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl Azərbaycan vətəndaşı kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması məsələlərini daim diqqət mərkəzində saxladığını vurğulayıblar.

Qeyd edilib ki, şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, Azərbaycanın şimal bölgəsinin qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış olacaqlar. Tur-aksiya çərçivəsində Quba rayonunda Cümə məscidi, Quba soyqırımı Memorial kompleksi, "ABAD Factory” İstehsalat Kompleksi, Qusar rayonunda Şahdağ Turizm Mərkəzi, Şeyx Cüneyd türbəsi, Xaçmaz rayonunda Xalça muzeyi, Şəxsiyyətlər Muzeyi və Çənlibel parkına ekskursiyalar təşkil olunacaq.

Tur-aksiya iştirakçıları onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət və zəngin təəssüratlar arzulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video